Kinokomediyada təsvir olunan hadisələr real həyatdan götürülmüşdür. Əsərdə üç süjet xətti var və onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində katibin qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir.
XX əsrin 80-ci illərinin sonu. Partiya məmurlarının fəaliyyətsizliyi, mənasız işlərlə məşğul olmaları, prokurorların satqınlığı, komsomol rəhbərlərinin maymaqlığı-bütün bunlar gündəlik ictimai həyat normasına çevrilmişdir: yeni mikrorayona kanalizasiya çəkilməmişdir, yerli əhali üçün nəzərdə tutulmuş məhsullar yenidən emal olunmuş məqsədilə xaricə göndərilir...
Müəlliflər burada sözləri ilə əməlləri düz gəlməyən adamların iç üzünü açmağa çalışmışlar. Hadisələr gülüşlə müşayiət olunur. Lakin bu gülüşün arxasında ciddi problemlər durur.
Film haqqında
Filmin süjeti də, qrotesk çəkiliş üslubu da, ideyası da Azərbaycan kinosu üçün yenidir.
Bu kinokomediya Ümumittifaq ekranlarına vəsiqə alandan sonra Stavropol diyarında onun nümayişi Sov. İKP Vilayət Komitəsi tərəfindən qadağan olunmuşdur.
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288; 340-341.