200 manatlıq əsginas

Vikipediya saytından
White Demon (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:43, 23 may 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
200 manat
Ölkə Azərbaycan Azərbaycan
Dəyər 200 manat
Təhlükəsizlik ünsürləri gizli rəqəm, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər
Nəşr illəri 2018
Ön tərəf
Dizayn Heydər Əliyev Mərkəzi
Dizayn tarixi 2018

200 manatlıq əsginasAzərbaycanda buraxılacaq milli əsginaslardan biri. Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən yuxarı nominal dəyərə malikdir və dövriyyəyə ən son (2018) buraxılmış əsginasdır. 200 manat 20000 qəpiyə bərabərdir.

Tarixi

Azərbaycan hökuməti 200 manatlıq əsginasın buraxılması işinə 2018-ci ilin may ayında baxıb. 200 manatlıq əsginas 2018-ci ilin iyun ayından etibarən buraxılacaq. Bu əsginasa qədər Azərbaycanda işlədilən ən böyük nominala malik əsginas 100 manatlıq əsginas olmuşdur.

Təsviri

Əsginasın ön tərəfində 2012-ci ildə tikilmiş Heydər Əliyev Mərkəzinin təsviri yer alıb.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

  • cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı
  • Pul. preslib.az  (az.)