Film görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Ağasadıq Gəraybəylinin yaradıcılığından söhbət açır. Burada aktyorun özü teatrdakı işlərindən danışır.
Film Haqqında
Filmdə aktyorun iştirak etdiyi tamaşalardan-"Həyat", "Xöşbəxtlər", "Fərhad və Şirin", "Əliqulu Evlənir", "Müfəttiş", baş rollarda çəkildiyi "Sevil" və "Bəxtiyar" bədii filmlərindən fraqmentlər nümayiş etdirilir.
Səhvlər
Qrammatik səhv : Titrlərdə "Ağasadığ Gəraybəli" yazılmışdır. Doğrusu Ağasadıq Gəraybəylidir.
Ağasadıq Gəraybəyli-Özü, Məşədi Hüseyn ("Həyat"), Bələdiyyə rəisi ("Müfəttiş"), Xosrov ("Fərhad və Şirin"), Əliqulu ("Əliqulu Evlənir"), Nəsirov ("Xoşbəxtlər")