AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu

Vikipediya, azad ensiklopediya
Xayala Mammadli (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:55, 3 dekabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu
Yaranma tarixi 1993
arxeologiya.az

Arxeologiya və Etnoqrafiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor: tarix elmləri doktoru, Maisə Nurbala qızı Rəhimova.

Əsas fəaliyyət istiqamətləri

Azərbaycanda arxeologiya və etnoqrafiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir.[1]

Əsas elmi nəticələr

Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir. Respublikanın bütün bölgələrində aparılan etnoqrafik tədqiqatlarla əhalinin məişəti, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti öyrənilmişdir.[1]

Elmi nəticələr

Bir sıra arxeoloji-etnoqrafik elmi ekspedisiyalar təşkil edilmiş, əldə edilmiş çöl materialları sistemləşdirilmiş, üzərində kameral iş aparılıb. Onların əsasında fundamental əsərlər yazılmışdır:

Bir sıra beynəlxalq elmi konfranslar və simpoziumlar:

  • "Qafqaz almanları-almanlar Qafqazda birinci dünya müharibəsinə qədər",
  • "Qafqazın arxeologiya və etnoqrafiyası",
  • "Qafqazın dağ yəhudiləri",
  • Azərbaycanda arxeoloji etnoqrafik tədqiqatların nəticələrinə həsr olunmuş illik elmi sessiyalar təşkil edilib və keçirilib.

Həmçinin bax

İstinadlar

  1. 1 2 "Arxeologiya və Etnoqrafiya İnstitutu" (az.). 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.

Xarici keçidlər