AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
AMEA Arxeologiya və Etnoqrafiya İnstitut
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi elmi-tədqiqat institutu
Yaradılıb 1933
Digər məlumatlar
Direktor Maisə Rəhimova
Ünvan 115 AZ1073, Hüseyn Cavid prospekti, 115, Bakı, Azərbaycan
Sayt arxeologiya.az

Arxeologiya və Etnoqrafiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor: tarix elmləri doktoru, Maisə Nurbala qızı Rəhimova.

Tarixi

İnstitut 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir.[1]

Əsas fəaliyyət istiqamətləri

Azərbaycanda arxeologiya və etnoqrafiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir.[1]

Əsas elmi nəticələr

Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir. Respublikanın bütün bölgələrində aparılan etnoqrafik tədqiqatlarla əhalinin məişəti, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti öyrənilmişdir.[1]

Struktur bölmələri

  • “Daş dövrü” şöbəsi
  • “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsi
  • “Tunc və ilk dəmir dövrləri arxeologiyası”
  • “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsi
  • “İlk orta əsrlər arxeologiyası” şöbəsi
  • “Orta əsrlər” şöbəsi
  • “Etnoarxeologiya” şöbəsi[2]
  • “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” sektoru
  • “Çöl tədqiqatları” sektoru
  • “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektoru
  • “Arxeoloji texnologiya” sektoru
  • “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” sektoru
  • “Tədris, beynəlxalq və ictimaiyyətlə əlaqələr” şöbəsi
  • “Epiqrafika” şöbəsi
  • “Numizmatika” şöbəsi
  • “Tarixi etnoqrafiya”
  • “Müasir dövr etnoqrafiyası” şöbəsi
  • “Etnososioloji tədqiqatlar” şöbəsi
  • “Elmi ekspozisiya” şöbəsi
  • “Xalçaşünaslıq” sektoru [2]

Elmi nəticələr

Bir sıra arxeoloji-etnoqrafik elmi ekspedisiyalar təşkil edilmiş, əldə edilmiş çöl materialları sistemləşdirilmiş, üzərində kameral iş aparılıb. Onların əsasında fundamental əsərlər yazılmışdır:

Bir sıra beynəlxalq elmi konfranslar və simpoziumlar:

  • "Qafqaz almanları-almanlar Qafqazda birinci dünya müharibəsinə qədər",
  • "Qafqazın arxeologiya və etnoqrafiyası",
  • "Qafqazın dağ yəhudiləri",
  • Azərbaycanda arxeoloji etnoqrafik tədqiqatların nəticələrinə həsr olunmuş illik elmi sessiyalar təşkil edilib və keçirilib.

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 "Arxeologiya və Etnoqrafiya İnstitutu" (az.). 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  2. 1 2 "Arxeologiya və Etnoqrafiya" (az.). 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-01.

Xarici keçidlər