Ağalıkənd

Vikipediya, azad ensiklopediya
94.20.97.81 (müzakirə) tərəfindən edilmiş 14:08, 11 may 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ağalıkənd
39°22′30″ şm. e. 48°34′41″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Biləsuvar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.195 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1311[2]
Ağalıkənd xəritədə

AğalıkəndAzərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Ağalıkənd Biləsuvar rayonunun eyniadlı i.ə.v.-də kənd. Muğan düzündədir. Oykonim ağalı (etn.) və kənd sözlərindən düzəlib, etnotoponimdir. 1917-ci ildə Ağamkənd adı ilə qeydə alınmış bu yaşayış məntəqəsi 1941-ci ilədək Sarpabad adlanmışdır. 1870-ci ilə aid bir sənəddə yaşayış məntəqəsinin keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəsli tərəfindən salındığı haqqında məlumat verilir[3]. Ağalıkənd kəndi rayonun cənub şərqində istiqamətində yerləşir. Ağalıkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Əsgərabad, Aşağı Cürəli, Dərvişli, Təzəkənd kəndləri ilə sərhəddir. İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 1100 təsərrüfat, 4439 nəfər əhali yaşayır. Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 həkim ambulatoriyası, 1 kitabxana,1 mədəniyyət evi,1 şadlıq evi və 1 “Modul” tipli sudurulducü qurğu fəaliyyət göstərir.

İstinadlar

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=41.
  2. https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,  (az.)