Nəzər Heydərov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Nəzər Heydərov
18 may 1949 – 9 mart 1954
ƏvvəlkiMirbəşir Qasımov
SonrakıMirzə İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 29 mart 1896(1896-03-29)
Doğum yeri
Vəfat tarixi 30 dekabr 1968(1968-12-30) (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
  • Ümumittifaq Sənaye Akademiyası[d] (1928–),
  • Moskva Neft İnstitutu[d] (–1931)
Fəaliyyəti siyasətçi, neftçi
Uşaqları

Təltifləri "Lenin" ordeni — 1942 "Qırmızı bayraq" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəzər Heydər oğlu Heydərov (29 mart 1896, Gürcülü, Zəngəzur qəzası30 dekabr 1968, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1949–1954).

Həyatı

Nəzər Heydər oğlu Heydərov 1896-cı ildə Zəngəzur qəzasının (hazırkı Qubadlı rayonu) Gürcülü kəndində anadan olmuşdur.[1] 1913–1918-ci illərdə "Balaxanı neft" mədənlərində işləyib. Qubadlı qəza partiya komitəsinin katibi və İcraiyyə Komitəsinin sədri, AK(b)P MK–nın məsul təlimatçısı, DQMV MİK–in sədr müavini olub. 1927–1928-ci illərdə Azərbaycan SSR Ali XTS-də məsul vəzifədə çalışıb. 1931-ci ildə Moskva Sənaye Akademiyasını, eyni zamanda Neft İnstitutunu bitirdikdən sonra 1949-cu ilədək Azərbaycanda neft sənayesində, o cümlədən "Əzizbəyov" trestinin müdiri, Azneft Birliyinin rəisi və s. işləyib. 1949–1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSR Ali Soveti Rəyasət Heyətinin sədrinin müavini olub. "Aznefttextəhcizat" idarəsinin rəis müavini işləyib. "Zəngəzur dağlarında" kitabının müəllifidir. 1960-cı ildə təqaüdə çıxıb.

Nəzər Heydərov 30 dekabr 1968-ci ildə Bakıda dünyasını dəyişib.

Arif HeydərovunQaçay Heydərovun atasıdır.

İstinadlar

  1. Һејдәров Нәзәр Һејдәр оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 162.