Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Arif Nəzər oğlu Heydərov (28 iyun 1926, Ağdaş – 29 iyun 1978, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili işlər naziri (1970–1978), Azərbaycan SSR Ali Sovetinin deputatı, daxili xidmət general-leytenantı (1976).
Arif Heydərov | |
---|---|
24 mart 1970 – 29 iyun 1978 | |
Əvvəlki | Məmməd Əlizadə |
Sonrakı | Cəfər Vəliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | qətlə yetirilib |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Nəzər Heydərov |
Rütbəsi | general-leytenant |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində Nəzər Heydərovun ailəsində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov Neft Trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944–1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945–1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949–1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb. 1967–1970-ci illərdə Türkiyədə konsul, 1970–1978-ci illərdə Azərbaycan SSR daxili işlər naziri işləyib. Azərbaycan SSR Ali Sovetinin deputatı idi.[1]
Arif Heydərov 1978-ci il 29 iyunda iş yerində qətlə yetirilib.[2] Qatil Şuşa həbsxanasının təsəfüratt hissəsinin rəisi kapitan Ziya Muradov 29 iyunda Bakıya gələrək, mülki geyimdə Daxili İşlər Nazirliyinin binasına daxil olur. Nazirin qəbul otağına gələrək, nazirin böyük referenti podpolkovnik Səfixanovu Makarov tipli tapanca ilə öldürür və otağa daxil olaraq nazir Arif Heydərovu və onun müavini general Salahəddin Kazımovu qətlə yetirir. Daha sonra Z. Muradov özünü öldürür. Qəzetlərə "xidməti vəzifəsini yerinə yetirərkən faciəli surətdə həlak olmuşdur" ifadəsi ilə çıxmışdır.[3]
Alman, ingilis, türk, fars dillərini bilirdi. SSRİ-nin "Qırmızı Bayraq", "Şərəf nişanı" ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunmuşdu. Adına Bakıda tanker, küçə, hospital və məktəb vardır.