Səma Ramazanoğlu
Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Səma Ramazanoğlu | |
---|---|
türk. Sema Ramazanoğlu | |
Türkiyənin Ailə və Sosial Siyasətlər naziri | |
28 avqust 2015 – 24 noyabr 2015 | |
Baş nazir | Əhməd Davudoğlu |
Seçki dairəsi | Dənizli (2015, noyabr) |
Əvvəlki | Ayşən Gürcan |
Sonrakı | Fatma Betül Sayan Kaya |
Türkiyə Böyük Millət Məclisinin 26-cı dövr millət vəkili | |
17 noyabr 2015 – 24 iyun 2018 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Sema Bostancı |
Doğum tarixi | 25 avqust 1959 (64 yaş) |
Doğum yeri | |
Milliyyəti | türk |
Vətəndaşlığı | Türkiyə |
Partiya | Ədalət və İnkişaf Partiyası |
Təhsili | Ankara Universiteti |
İxtisası | həkim, siyasətçi |
Fəaliyyəti | siyasətçi, həkim, cərrah |
Həyat yoldaşı | İldırım Məhməd Ramazanoğlu |
Ailəsi | Səlma Aliyə Kavaf (bacısı) |
Vikianbarda əlaqəli mediafayllar |
Səma Ramazanoğlu (25 avqust 1959, Dənizli) — Türk həkim, siyasətçi və keçmiş Türkiyə Respublikası Ailə və Sosial Siyasətlər naziri.
4 noyabr 2015-ci il - 24 may 2016-cı il tarixləri arasında Türkiyənin 64-cü hökumətində Türkiyə Respublikası Ailə və Sosial Siyasətlər naziri vəzifəsində çalışıb.[1] O, ilk dəfə 2015-ci ilin noyabrında Türkiyədə keçirilən ümumi seçkilərdə Dənizlidən millət vəkili olaraq parlamentə seçilib.
Ramazanoğlu deputat və nazir olmazdan əvvəl 2003-2009-cu illərdə keçmiş baş nazir və Ədalət və İnkişaf Partiyası lideri Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi olub. O, həm də Ədalət və İnkişaf Partiyasının qurucularındandır. Bacısı Səlma Aliyə Kavaf da 2009-2011-ci illərdə Ədalət və İnkişaf Partiyasından nazir olub.
Erkən həyatı və təhsili
Səma Ramazanoğlu 25 avqust 1959-cu ildə Dənizlidə Niyazi və Gülsərən Bostancı cütlüyünün qızı olaraq dünyaya gəlib. İlk və orta təhsilini Dənizlidə başa vurduqdan sonra 1983-cü ildə Ankara Universiteti tibb fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra müxtəlif səhiyyə ocaqlarında həkim işləyib. O, İsveçrənin Bern Universitetinin xəstəxanasında və doğum evində radiologiya üzrə rezidenturanı bitirib.[2]
Türkiyəyə qayıtdıqdan sonra müxtəlif xəstəxanalarda rentgenoloq mütəxəssisi kimi fəaliyyətini davam etdirib. Doktoranturasını Zeynep Kamil və Nümunə xəstəxanalarında davam etdirib. 28 fevral dövründə işlədiyi Heydərpaşa Nümunə Xəstəxanasında hicab problemi yaranınca 1998-ci ildə işlədiyi xəstəxanadan istefa verərək öz klinikasını açdı.[3]
Erkən siyasi karyerası
Ədalət və İnkişaf Partiyası dövrü
Qadın haqları
Şəxsi həyatı
İstinadlar
- ↑ "Sema Ramazanoğlu kimdir?". 25 Kasım 2015 tarixində arxivləşdirilib.
- ↑ "Arşivlenmiş kopya". 6 Nisan 2016 tarixində arxivləşdirilib.
- ↑ http://www.biyografi.info/kisi/sema-ramazanoglu (#bare_url_missing_title). 29 Mart 2016 tarixində arxivləşdirilib.