Səlma Aliyə Kavaf

Səlma Aliyə Kavaf (1 iyul 1962, Dənizli) — türk siyasətçisi, müəllimi.

Səlma Aliyə Kavaf
türk. Selma Aliye Kavaf
Türkiyə Böyük Millət Məclisinin 23-cü dövr millət vəkili
Seçki dairəsi2007Dənizli
1 may 2009 – 6 iyul 2011
ƏvvəlkiNemət Baş
SonrakıVəzifə qaldırıldı
Ədalət və İnkişaf Partiyası Qadınlar şöbəsinin sədri
2002 – 1 may 2009
ƏvvəlkiVəzifə yaradıldı
SonrakıFatma Şahin
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1962(1962-07-01) (61 yaş)
Doğum yeri
Milliyyəti türk
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya Ədalət və İnkişaf Partiyası
(2002-2020)
Demokratiya və Sıçrayış Partiyası
(2020-hal-hazırda)
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət naziri Kavaf 2007-2009-cu illərdə Ədalət və İnkişaf Partiyasından Dənizli millət vəkili kimi millət vəkili vəzifəsini tutub. O, Dənizlidən seçilən ilk qadın millət vəkilidir. İngilis dilini bilən Kavaf evlidir və bir övladı var.

Həyatı[redaktə | mənbəni redaktə et]

Səlma Aliyə Kavaf 1962-ci ildə Niyazi və Gülseren Bostancı cütlüyünün qızı olaraq dünyaya gəlib. İki bacısından biri olan Səma Ramazanoğlu da özü kimi siyasətçidir.[1] İbtidai və orta təhsilini Dənizlidə bitirmişdir. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Türkologiya bölməsini bitirib. Türkiyə Respublikası Milli Təhsil Nazirliyinə tabe olan liseylərdə 7 il müəllim kimi çalışmışdır. Özəl sektorda menecer olaraq da işləyib.

Siyasi karyerası[redaktə | mənbəni redaktə et]

2002-ci ildə Ədalət və İnkişaf Partiyası Dənizlidən 6-cı Millət vəkili namizədi olaraq aktiv siyasətə qatıldı. 2002-ci il ümumi seçkilərindən sonra Ədalət və İnkişaf Partiyası Ümumi Qərargahının Qadınlar şöbəsinin sədri təyin edildi. Şöbəyə sədrliyi dövründə Türkiyədə ilk dəfə olaraq institusional mənada bir siyasi partiyanın qadın təşkilatını təşkil etdi. O, Ədalət və İnkişaf Partiyasını müxtəlif beynəlxalq platformalarda təmsil edib.

2007-ci ildə keçirilən ümumi seçkilərdə Dənizli millət vəkili olaraq parlamentə daxil olub.[1] Dənizlinin ilk qadın millət vəkili olub. Məclisdə Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komissiyasının sədri və Peru Parlament Dostluq qrupunun sədridir. 2009-cu il mayın 1-də kabinet dəyişikliyindən sonra o, dövlət naziri kimi 60-cı hökumətdə iştirak edib.

9 mart 2020-ci ildə Əli Babacanın qurduğu Demokratiya və Sıçrayış Partiyasının qurucu üzvləri arasında idi.[2]

Müzakirələr[redaktə | mənbəni redaktə et]

Qadın və Ailə Məsələləri üzrə Dövlət naziri Səlma Aliyə Kavafın “Hürriyet” qəzeti yazarı Faruk Bildirici ilə qəzetin bazar günü əlavəsinə verdiyi reportajda homofobik; “Mən homoseksuallığın bioloji bir xəstəlik,olduğuna inanıram. Düşünürəm ki, bu, müalicə edilməli olan bir şeydir”[3] açıqlaması ictimai müzakirələrə səbəb olmuşdu.[4] Nazir Kavaf dövründə ictimai qurum və təşkilatları, qeyri-hökumət təşkilatlarını və elm adamlarını bir araya gətirərək Türkiyənin Ailə Xəritəsini hazırlamaq üçün böyük səy göstərildi. Kavaf, ailə qurumunun artan və dəyişən problemlərini yerində müəyyən etmək və daha sonra yerli problemlərə yerli həll yollarını təqdim etmək üçün, o, Türkiyə Statistik Regional Vahidlər təsnifatına görə bölgələri təmsil edən 12 vilayətdə yerli ailə seminarlarının təşkilində öncül olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Arxivlənmiş surət". 2015-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.
  2. "Ali Babacan parti dilekçesini İçişleri Bakanlığı'na verdi". 2020-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  3. "Arxivlənmiş surət". 2012-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  4. http://www.radikal.com.tr/Default.aspx?aType=YazarYazisi&ArticleID=984542&Yazar=%20&Date=&PAGE= (#bare_url_missing_title).

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]