Aran Borçalı

Vikipediya, azad ensiklopediya
Rufet-87 (müzakirə | töhfələr) tərəfindən edilmiş 05:40, 12 iyul 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Aran Borçalı — qədim Borçalı mahalı vilayətinin alçaq dağlıq və aran zonası. Borçalının əsasən Gürcüstan SSR-in tərkibində qalan hissəsini ehtiva edir.

Tarixi

1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır.[1] 1929-cu ildə Borçalıda qəza üsul-idarəsi ləğv edildikdən sonra Aran Borçalı 6 rayona (Sarvan (hazırki Marneuli), Çörük Qəmərli (hazırkı Bolnisi), Başkeçid (hazırki Dmanisi), Qaratəpə (hazırkı Qardabani), Ağbulaq (hazırkı Tetritskaro) və Barmaqsız (hazırkı Tsalka və ya baqa adı ilə Salka ) rayonları) parçalanmışdır. Gürcüstan 2-ci dəfə müstəqillik əldə etdikdən sonra 90-cı illərdə bu rayonlar mərkəz şəhəri Rustavi olmaqla Kvemo Kartli adlı yeni inzibati-ərazi vahidi – mxare (quberniya) çərçivəsində birləşdirildi.

Coğrafiyası

Gürcüstanın cənub-şərqində yerləşən Aran Borçalı Qaraxaç və Cocer silsilələri, eləcə də Gürcüstanın ErmənistanAzərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır. Paytaxt Tiflisdən cənubdadır. Borçalının bölüşdürülməsindən sonra sahəsi 4360 kv. km. təşkil etmişdir.[2]

Həmçinin bax

İstinadlar

  1. "Gürcüstan Demokratik Respublikası (1918-1921), David Marşall Lang". 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-19.
  2. "Borçalı haqqında internet saytı". 2021-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-19.