Sarvan (Borçalı)


Marneuli[3][4][5] (gürc. მარნეული; azərb. Sarvan‎) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Marneuli bələdiyyəsinin inzibati mərkəzi. 1929-cu ilədək Sarvan, Zaqafqaziyada ilk dəfə rayon inzibati-ərazi bölgüsü təsis edildikdən sonra isə 1947-ci ilə kimi Borçalı, 1947-ci ildən 1952-ci ilədək Sərvan, 1952-ci ildən sonra isə Marneuli adını daşımışdır.

Şəhər
Marneuli
მარნეული
Bayraq Gerb
Bayraq Gerb
41°29′14″ şm. e. 44°47′53″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 420 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 24.928 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 357
Poçt indeksi 3000[2]
Digər
marneuli.gov.ge
Marneuli xəritədə
Marneuli
Marneuli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sarvan[6] Azərbaycan dilində "dəvəçi" deməkdir.[7] Fars dilindən alınan[8] sözün əsli "sərban" (fars. ساربان‎‎) olub, "dəvələrin hamisi" deməkdir.[9]

Marneuli 1964-cü ildə şəhər statusunu almışdır. İkinci dünya müharibəsinin başlanmasından az sonra 1941-ci ildə o vaxtlar kənd olan Marneuli yaxınlığında Sovet ordusunun hərbi Aerodromu tikilərək istifadəyə verilmişdir. Aerodromdakı təyyarələr Almaniya ordusuna qarşı bir sıra döyüşlərdə iştirak edirdi. Müharibə bitdikdən sonra bu aerodromda yerləşən alaya aid təyyarələr və HHM qoşunları SSRİnin cənub sərhədlərinin qorunmasına nəzarət edir və həmçinin Əfqanıstandakı müharibədə iştirak etmişdi.[10] SSRİ-nin dağılmasının ardından aerodrom Gürcüstan Ordusunun nəzarətinə verildi. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasındakı müharibə zamanı Rusiyaya məxsus qırıcı təyyarələr aerodromu bombaladı, nəticədə 4 nəfər etnik gürcü hərbçisi həlak oldu.[11]

17-24 yanvar 2014-cü il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Marneuli şəhərində 20.211[12] nəfər, Şaumyan qəsəbəsində isə 3.630[13] nəfər əhali yaşayır. Burada yaşayan toplam 20.211 nəfər əhalinin 84 %-ni azərbaycanlılar, 10,5 %-ni gürcülər, 3,7 %-ni ermənilər, 0,6  %-ni ruslar, 0,4 %-ni isə urumlar təşkil edir.[14][15]

Marneuli şəhəri əhalisinin milli tərkibi
Etnik qrup 1939 sa.[16] Nisbəti 1989 sa.[17] Nisbəti[17]
cəmi 4 233 100 % 27 118 100 %
azərbaycanlı 3 459 81.72 % 18 498 68.21 %
erməni 256 6.05 % 1 455 5.37
urum 17 0.4 % 2 399 8.85 %
gürcü 26 0.61 % 2 091 7.71 %
rusukraynalı 345 8.15 % 2 304 9 %
osetin 1 0.02 % 72 0.27 %
kürdyezidi 1 0.2 % 6 0.02
alman 20 0.47 % ... ...
assuriyalı 33 0.78 % ... ...
digər 75 1.78 % 293 1.08 %

Marneuli şəhərində heç bir iri sənaye müəssisəsi fəaliyyət göstərmir. Şəhərdə yalnız kiçik bir konserv zavodu və bir dəmir-beton zavodu fəaliyyətdədir. Əhalisinin əksəriyyəti tikinti, ticarət, təhsil və kənd təsərrüfatı sahəsində işləyir. Bundan başqa Gürcüstanda becərilən tütünün 78%-i Marneulidə yetişdirilir. Şəhərdə dəmiryolu stansiyası da mövcuddur.

Marneulidəki orta məktəblərin əksəriyyətində təhsil azərbaycan dilində aparılır. 2008-ci ildə Marneulidə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universiteti açılıb. Bu təhsil ocağında Gürcüstanda fəaliyyət göstərəcək 124 Azərbaycan məktəbi üçün müəllim kadrları hazırlanması nəzərdə tutulur. Əvvəllər bu məktəblərdə işləmək üçün kadrlar Azərbaycandan göndərilsə də, müstəqillik dövründə bu proses dayandırılıb. Universitet rəhbərliyinin keçirdiyi sorğuya görə hazırda Azərbaycan dilində təhsil verən məktəblərdə 35 min şagirdə 4 min müəllim dərs deyir və bu məktəblərdə 800-ə qədər kadr çatışmır. İlk təhsil ilində bura 80 tələbə qəbul olunub.[18] 2015-ci ildə universitetin fəaliyyəti dayandırılıb. [19]

  1. https://www.geostat.ge/en/modules/categories/41/population.
  2. Georgian Post. 1805.
  3. Марнеули // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 324.
  4. Azərbaycan Respublikası: Atlas Arxivləşdirilib 2022-03-15 at the Wayback Machine, səh. 14, 16, 26, 28, 34, 40, 44, 46, 48, 52 və 54.
  5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakıda nəşr olunmuş Azərbaycan Respublikasının Fiziki Arxivləşdirilib 2016-08-12 at the Wayback MachineSiyasi xəritəsi Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine
  6. Hacılı, Asif. "Yaxın və uzaq Borçalı". 525-ci qəzet (az.). 17 oktyabr 2020. səh. 20–21. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
  7. Sarvan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. 2 cilddə (az.). II. Bakı: Şərq-Qərb. 2007. səh. 179. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
  8. Əhmədov, Bəşir. Sarvan // Etimologiya lüğəti (az.). Bakı: Altun Kitab. 2015. 2021-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
  9. Dehxuda, Əli Əkbər. ساربان // Dehxuda Lüğəti İnstitutu (redaktor). Dehxuda lüğəti (ingilis). Tehran: University of Tehran Press. 1931. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
  10. "166-cı Aviasiya Alayının Saytı". 2012-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-20.
  11. "Apa.az Saytı". 2011-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-20.
  12. Population statistics of Eastern Europe: [1] Arxivləşdirilib 2018-11-04 at the Wayback Machine
  13. Sitat səhvi: Yanlış <ref> teqi; 2002 census all places of Georgia adlı istinad üçün mətn göstərilməyib
  14. "Arxivlənmiş surət". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  15. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005
  16. Ethno-Caucasus, Этнодемография Кавказа: Борчалинский район (1939 г.) Arxivləşdirilib 2013-05-09 at the Wayback Machine—>село Борчало
  17. 1 2 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 1989 (Total/Percentage) Arxivləşdirilib 2013-04-23 at the Wayback Machine
  18. Marneulidə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universiteti açılıb[ölü keçid]
  19. "Nazirlikdən Heydər Əliyev adına universitetin bağlanmasına - Reaksiya". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]