Səhiyyə İşçiləri Günü

Vikipediya saytından
İşçiBot (müzakirə | töhfələr) (tənzimləmə) tərəfindən edilmiş 16:10, 17 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Səhiyyə İşçiləri Günü — Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı.

Azərbaycan tarixində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.