Hilal Məmmədov

Vikipediya saytından
Yousiphh (müzakirə | töhfələr) tərəfindən edilmiş 22:28, 17 may 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Hilal Məmmədov
tal. Hilol Əlifi zoə Məmmədov
Doğum tarixi
Doğum yeri Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Təhsili

Hilal Məmmədov (28 avqust 1959, Təngərüd, Astara rayonu) — fizika-riyaziyyat elmləri namizədi; Azərbaycanda talış dilində nəşr edilən yeganə qəzetin — "Tolışi sədo" qəzetinin baş redaktoru; hüquq müdafiəçisi.

1990-cı illərin əvvəllərində Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının sədri olmuşdur. Partiyanın fəaliyyəti qadağan edildikdən sonra Azərbaycanı tərk etmiş və 12 il Rusiyada yaşadıqdan sonra, 2005-ci ildə Azərbaycana qayıtmışdır.

2007-ci ildə "Tolışi Sədo" qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov həbs edildikdən sonra onun hüquqlarının müdafiəsi Komitəsini yaradır və ona rəhbərlik edir. Novruzəli Məmmədov həbsdə vəfat etdikdən[1] sonra "Tolışi Sədo" qəzetinin baş redaktoru vəzifəsini həyata keçirmişdir[2].

21 iyin 2012-ci ildə Hilal Məmmədov narkotik saxlama ittihamı ilə həbs edilib[3]. İki həftə sonra ona əlavə olaraq dövlətə xəyanət və milli ədavət yayma ittihamları da irəli sürülüb.[4] Beynəlxalq hüquq müdafiə təşkilatları, hüquq müdafiəçiləri və müdafiə tərəfi həbsin sifarişli olduğunu bildirirlər.[5]

Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə ictimai xadimlərn, hüquq müdafiəçilərin, hüquqşünasların və jurnalistlərin iştirakı ilə onun hüquqlarının müdafiəsi Komitəsi yaradılıb[6]. Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə Moskvada[7], Kişinyovda, Berlində[8], Haaqada, Bakıda[9] etiraz aksiyaları keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidentinə[10], o cümlədən dünyanın bir sıra nüfuzlu ictimai xadimlərə[11] Hilal Məmmədovun həbsdən azad olunması ilə bağlı müraciətlər edilmişdir.

Hazırda məhkəməsi qapalı şəraitdə keçirilir.[12]

  1. Novruzəli Məmmədov həbsxanada dünyasını dəyişdi
  2. RATİ BƏYANAT YAYDI
  3. Azərbaycanda daha bir jurnalist həbs edildi [ölü keçid]
  4. Hilal Məmmədova yeni ittihamlar irəli sürüldü [ölü keçid]
  5. "Hilal Məmmədov 3 ay azadlıqdan məhrum edildi". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-16.
  6. "Hilal Məmmədovun hüquqlarını Müdafiə Komitəsi yaradılıb". 2013-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-16.
  7. "Hilal Məmmədovun hüquqlarının müdafiəsilə bağlı Moskvada növbəti aksiya keçirilmişdir". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-16.
  8. "Azərbaycanın Almaniyadakı səfirliyi qarşısında etiraz aksiyası". 2012-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-16.
  9. Hilal Məmmədovun aksiyası davam edir [ölü keçid]
  10. "Azərbaycan Respublikasinin Prezidentinə Müraciət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-16.
  11. SÖYÜN SADIQOV HƏBSDƏKİ BAŞ REDAKTORUN MÜDAFİƏSİNƏ QALXDI [ölü keçid]
  12. Hilal Məmmədovun məhkəməsinin qapalı olmasına etiraz

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]