Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Hilal Məmmədov (28 avqust 1959, Təngərüd, Astara rayonu) — fizika-riyaziyyat elmləri namizədi; Azərbaycanda talış dilində nəşr edilən yeganə qəzetin — "Tolışi sədo" qəzetinin baş redaktoru; hüquq müdafiəçisi.
Hilal Məmmədov | |
---|---|
tal. Hilol Əlifi zoə Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Astara rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Təhsili |
1990-cı illərin əvvəllərində Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının sədri olmuşdur. Partiyanın fəaliyyəti qadağan edildikdən sonra Azərbaycanı tərk etmiş və 12 il Rusiyada yaşadıqdan sonra, 2005-ci ildə Azərbaycana qayıtmışdır.
2007-ci ildə "Tolışi Sədo" qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov həbs edildikdən sonra onun hüquqlarının müdafiəsi Komitəsini yaradır və ona rəhbərlik edir. Novruzəli Məmmədov həbsdə vəfat etdikdən[1] sonra "Tolışi Sədo" qəzetinin baş redaktoru vəzifəsini həyata keçirmişdir[2].
21 iyin 2012-ci ildə Hilal Məmmədov narkotik saxlama ittihamı ilə həbs edilib[3]. İki həftə sonra ona əlavə olaraq dövlətə xəyanət və milli ədavət yayma ittihamları da irəli sürülüb.[4] Beynəlxalq hüquq müdafiə təşkilatları, hüquq müdafiəçiləri və müdafiə tərəfi həbsin sifarişli olduğunu bildirirlər.[5]
Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə ictimai xadimlərn, hüquq müdafiəçilərin, hüquqşünasların və jurnalistlərin iştirakı ilə onun hüquqlarının müdafiəsi Komitəsi yaradılıb[6]. Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə Moskvada[7], Kişinyovda, Berlində[8], Haaqada, Bakıda[9] etiraz aksiyaları keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidentinə[10], o cümlədən dünyanın bir sıra nüfuzlu ictimai xadimlərə[11] Hilal Məmmədovun həbsdən azad olunması ilə bağlı müraciətlər edilmişdir.
Hazırda məhkəməsi qapalı şəraitdə keçirilir.[12]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |