Azərbaycan Xalqlarının Bərabərlik Partiyası

Azərbaycan Xalqlarının Bərabərlik Partiyası və ya əvvəlki adı ilə Talış Xalq Partiyası (tal. Tolyšə Xəlği Partijə) — Azərbaycanda talış siyasi partiyası.[1][2] 1991-ci ildə təsis edilmiş və 1993-cü ildə ləğv edilmişdir.

Azərbaycan Xalqlarının Bərabərlik Partiyası

(Talış Xalq Partiyası)
Sədri Hilal Məmmədov
Qurucu
Quruluş tarixi 1991
Dağılma tarixi 1993
Sələfi Talış Milli Dirçəliş Partiyası (1989)
İdeologiya

Talış Xalq Partiyası (TXP) 1989-cu ildə yaradılmış Talış Milli Dirçəliş Partiyasının əsasında təsis edilmişdir. "Talış Milli Dirçəliş Partiyası"nın məqsədi talışların bir millət kimi hüquqlarını qorumaq və uzunmüddətli perspektivdə, konstitusiya ilə tanınacaq Talış-Muxtar Respublikasının yaradılması uğrunda mübarizə aparmaq idi. Belə bir tələbin tarixi əsası Qacar dövləti ilə müharibədən sonra Rusiya imperiyasına birləşdirilənə qədər paytaxtı Lənkəran olan Talış xanlığının mövcudluğu idi.[3][4]

1991-ci ilin payızında Talış Milli Dirçəliş Partiyası yenidən Talış Xalq Partiyasına çevrilmişdir, 1992-ci ilin iyulunda onun təsis qurultayı keçirilmişdir. Qurultayda çıxış edən Azərbaycan Elmlər Akademiyasında fizika-riyaziyyat elmləri namizədi Hilal Məmmədov partiyanın sədri seçilmişdir. Partiya rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və talış xalqının gələcək inkişafını yalnız Azərbaycan dövləti kontekstində nəzərdən keçirdiklərini vurğulamışdılar. Azərbaycan hakimiyyəti partiyanı Talış Xalq Partiyası adı altında qeydiyyatdan keçirməkdən imtina etdiyi üçün onun adı dəyişdirilərək Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası adlandırılmışdır. Onun əsas dəstəkçi bazası intellektual-tələbə mühiti idi. 1993-cü ilin ortalarında bu partiyanın 5 min üzvü var idi.[5] İkinci (fövqəladə) qurultay 28 mart 1993-cü ildə keçirilmişdir.[6] 1993-cü ilin iyununda Talış-Muğan böhranı başlayandan sonra partiyanın qeydiyyatı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir.[7]

  1. Kotecha, Hema. Islamic and Ethnic Identities in Azerbaijan: Emerging Trends and Tensions (ingilis). Wien. 2006.
  2. "Why Did Azerbaijani Authorities Arrest Talysh Activist?". Radio Free Europe/Radio Liberty (ingilis). 12 January 2013. 2021-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-10.
  3. Babak, Vladimir; Vaisman, Demian; Wasserman, Aryeh. Political Organization in Central Asia and Azerbaijan: Sources and Documents (ingilis). Routledge. 2004-11-23. ISBN 978-1-135-77681-7.
  4. E. Strakes, Jason. Taming Post-Soviet Peripheries: Divergences in Human Security and Borderland Administrative Strategies in Georgia and Azerbaijan. The Association for the Study of EthnoGeoPolitics. 2 December 2015. 32–36.
  5. Жирохов, Михаил. Меч и огонь Карабаха: хроника незнаменитой войны, 1988-1994 (rus). Центрполиграф. 2012. ISBN 978-5-227-03227-0.
  6. Babak, Vladimir; Vaisman, Demian; Wasserman, Aryeh. Political Organization in Central Asia and Azerbaijan: Sources and Documents (ingilis). Routledge. 2004-11-23. ISBN 978-1-135-77681-7.
  7. "meclis.gov.az". 2011-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.