Şair Ramaldanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şair Ramaldanov
Şair Ramaldan oğlu Ramaldanov
Şəxsi məlumatlar
Doğum tarixi 5 sentyabr 1957(1957-09-05) (66 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti Ləzgi
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu[1]
Hərbi hissə

702 saylı hərbi briqada

3-cü Korpus komandiri
Rütbəsi Polkovnik
Vəzifəsi

Briqada komandiri

Korpus komandiri
Döyüşlər Horadiz əməliyyatı
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 1995 "Azərbaycan Bayrağı" ordeni

Şair Ramaldan oğlu Ramaldanov (5 sentyabr 1957, Xudat, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki.[2]

Uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edən 702 briqadanın komandiri. "Azərbaycan Bayrağı" ordenini 2 dəfə alan yeganə hərbçi, Moskva "Frunze" adına akademiyanı bitirmiş ordumuzdakı 6 zabitdən biri, Əliağa Şıxlinskidən sonra yazdığı kitabları dünya hərbi akademiyalarında tədris olunan yeganə hərbçi.[mənbə göstərin]

Həyatı

Ramaldanov Şair Ramaldan oğlu 5 sentyabr 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub.[2][3] Milliyətcə ləzgidir.[1][4] 1964-cü ildə Xudat 2 saylı orta məktəbinə daxil olub. 1974-cü ildə 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbiləşdirilmiş məktəbinə daxil olub.1976-cı ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub.

1980-ci ildə ali hərbi məktəbi uğurla bitirdikdən sonra 5 il ərzində Sovet Qoşunlarının Almaniyadakı məhdud kontingentində zabit kimi xidmət keçmişdir.

1987-ci ildə Moskva şəhərində SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasına daxil olmuşdur. 1991-ci ildə akademiyanı bitirmişdir.

1992-ci ildə Alay (polk) komandirinin müavini vəzifəsindən–fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir.

1993-cü il noyabr ayında 702 saylı motoatıcı briqadanın komandiri vəzifəsinə təyinat almışdır.

1995-ci ildə 3-cü Ordu Korpusu komandiri vəzifəsinə təyin edilmişdir. Milli Qəhrəman adından imtina etmişdir

1997–2012-ci ilə qədər ordu korpusunun komandiri vəzifəsində xidmət keçmişdir. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında tədris işləri üzrə rəis müavini vəzifəsində xidmət etmişdir.

2012-ci ildə yaş ilə əlaqədar olaraq xidmətdən ehtiyata tərxis olunmuşdur.

Hal-hazırda da Müdafiə Nazirliyinin aparıcı İdarələrindən birində öz bilik və bacarığını tətbiq etməkdə davam edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Azərbaycan Respublikasının konstitusiya dövlət quruluşunun müdafiəsində, respublikada əminamanlığın təmin edilməsində xüsusi xidmətlərinə, öz əsgəri borclarını şərəflə yerinə yetirdiyinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[5]

İstinadlar

  1. 1 2 Gündəlik İctimai-Siyasi Onlayn Qəzet—AzPolitika: Polkovnik Ramaldanovun böyük sirri – Çəkişmə
  2. 1 2 Azəri-Press İnformasiya Agentliyi (APA): Polkovnik Şair Ramaldanov ordudan tərxis edilib–Eksklüziv---yayınlanma tarixi: 03 may 2012
  3. "Rauf Arifoğlunun Səfər Əbiyevə sorğusuna cavab verdilər" (az.). www.mediaforum.az. 2011-10-11. 2012-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  4. Cənubi Qafqazda İlk Hərbi İnformasiya Portalı—MilAz.info: Azərbaycan Ordusunda hər şey "Çapayev metodu" ilə həll olunur Arxivləşdirilib 2013-03-07 at the Wayback Machine---yayınlanma tarixi: 01–08-2011
  5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi — Normativ Hüquqi aktların vahid internet elektron bazası: Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupunun təltif edilməsi haqqında Azərbaycan Respublikası prezdentinin fərmanı [ölü keçid]

Xarici keçidlər