Şair Ramaldanov

Şair Ramaldan oğlu Ramaldanov (5 sentyabr 1957, Xudat, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki.[2]

Şair Ramaldanov
Şair Ramaldan oğlu Ramaldanov
Şəxsi məlumatlar
Doğum tarixi 5 sentyabr 1957(1957-09-05) (67 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti Ləzgi
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu[1]
Hərbi hissə

702 saylı hərbi briqada

3-cü Korpus komandiri
Rütbəsi Polkovnik
Vəzifəsi

Briqada komandiri

Korpus komandiri
Döyüşlər Horadiz əməliyyatı
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 1995 "Azərbaycan Bayrağı" ordeni

Uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edən 702 briqadanın komandiri. "Azərbaycan Bayrağı" ordenini 2 dəfə alan yeganə hərbçi, Moskva "Frunze" adına akademiyanı bitirmiş ordumuzdakı 7 zabitdən biri, Əliağa Şıxlinskidən sonra yazdığı kitabları dünya hərbi akademiyalarında tədris olunan yeganə hərbçi?

[mənbə göstərin]

Ramaldanov Şair Ramaldan oğlu 5 sentyabr 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub.[2][3] Milliyətcə ləzgidir.[1][4] 1964-cü ildə Xudat 2 saylı orta məktəbinə daxil olub. 1974-cü ildə 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbiləşdirilmiş məktəbinə daxil olub.1976-cı ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub.

1980-ci ildə ali hərbi məktəbi uğurla bitirdikdən sonra 5 il ərzində Sovet Qoşunlarının Almaniyadakı məhdud kontingentində zabit kimi xidmət keçmişdir.

1987-ci ildə Moskva şəhərində SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasına daxil olmuşdur. 1991-ci ildə akademiyanı bitirmişdir.

1992-ci ildə Alay (polk) komandirinin müavini vəzifəsindən–fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir.

1993-cü il noyabr ayında 702 saylı motoatıcı briqadanın komandiri vəzifəsinə təyinat almışdır.

1995-ci ildə 3-cü Ordu Korpusu komandiri vəzifəsinə təyin edilmişdir. Milli Qəhrəman adından imtina etmişdir

1997–2012-ci ilə qədər ordu korpusunun komandiri vəzifəsində xidmət keçmişdir. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında tədris işləri üzrə rəis müavini vəzifəsində xidmət etmişdir.

2012-ci ildə yaş ilə əlaqədar olaraq xidmətdən ehtiyata tərxis olunmuşdur.

Hal-hazırda da Müdafiə Nazirliyinin aparıcı İdarələrindən birində öz bilik və bacarığını tətbiq etməkdə davam edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Azərbaycan Respublikasının konstitusiya dövlət quruluşunun müdafiəsində, respublikada əminamanlığın təmin edilməsində xüsusi xidmətlərinə, öz əsgəri borclarını şərəflə yerinə yetirdiyinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[5]

  1. 1 2 Gündəlik İctimai-Siyasi Onlayn Qəzet—AzPolitika: Polkovnik Ramaldanovun böyük sirri – Çəkişmə
  2. 1 2 Azəri-Press İnformasiya Agentliyi (APA): Polkovnik Şair Ramaldanov ordudan tərxis edilib–Eksklüziv---yayınlanma tarixi: 03 may 2012
  3. "Rauf Arifoğlunun Səfər Əbiyevə sorğusuna cavab verdilər" (az.). www.mediaforum.az. 2011-10-11. 2012-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  4. Cənubi Qafqazda İlk Hərbi İnformasiya Portalı—MilAz.info: Azərbaycan Ordusunda hər şey "Çapayev metodu" ilə həll olunur Arxivləşdirilib 2013-03-07 at the Wayback Machine---yayınlanma tarixi: 01–08-2011
  5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi — Normativ Hüquqi aktların vahid internet elektron bazası: Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupunun təltif edilməsi haqqında Azərbaycan Respublikası prezdentinin fərmanı [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]