Əbül Hica Salar
Naviqasiyaya keç
Axtarışa keç
Əbül Hica Salar ibn İbrahim | |
---|---|
Dvin hakimi | |
979 – 983 | |
Əvvəlki | İbrahim ibn Mərzban |
Sonrakı | Əbu Dulaf Şeybani |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | İbrahim ibn Mərzban |
Əbül Hica Salar (v. 989) — Erməni mənbələrində adı keçən, Arazdan şimalda hakimiyyətdə olmuş son Salari hökmdarı.
Hakimiyyəti
Atası İbrahimin ölümündən sonra Dvində hakimiyyətə gəlmiş Əbül Hica Azərbaycanı Rəvvadilərə verməyə məcbur olmuşdu. Bu vaxt qonşuluqdakı iki erməni knyaz I Smbat və əmisi Muşel ədavətdə idilər. Muşel 982-ci ildə ona Smbata hücum etməsini təklif etmiş, lakin elə bu ərəfədə Ordubad hakimi Əbu Dulaf Şeybani Dvini ələ keçirmişdi.[1]
Sonrakı həyatı
Bundan sonra sərgərdan həyatı yaşamağa başlayan Əbül Hica və ailəsi Bizans imperatoru II Bazilin yanına gedərək torpaqlarını geri almaq üçün kömək istəmişdi. 989-cu ildə II Smbatın köməyi ilə Əbu Dulafa hücum etmiş, lakin məğlub olmuş və öz qulluqçuları tərəfindən boğulmuşdur[2]
İstinadlar
- ↑ Ter-Ghewondyan, Aram N. (1976). The Arab Emirates in Bagratid Armenia. Trans. Nina G. Garsoïan. Lisbon: Calouste Gulbenkian Foundation, pp. 100-01.
- ↑ The Cambridge History of Iran, Volume 4 by Richard Nelson Frye[ölü keçid]