İbrahim ibn Mərzban (v. 1029) — Deyləm hökmdarı. II Mərzbanın oğlu idi.
İbrahim ibn Mərzban | |
---|---|
Salarilərin IV Deyləm hökmdarı | |
984 – 1029 | |
Əvvəlki | II Mərzban |
Sonrakı | Cüstan ibn İbrahim |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | II Mərzban |
Uşaqları |
Cüstan ibn İbrahim Müsafir ibn İbrahim |
II Mərzban Rəvvadilər tərəfindən həbs olunduqdan sonra Salarilərin sərkərdələrindən biri tərəfindən Tarıma qaçırılmış, orada hakimiyyətə başlamışdır. Hələ uşaq yaşda olan İbrahimin hakimiyyətdə sözü yox idi. 996-cı ildə Əbhər və Şahzur kimi kiçik bölgələri ələ keçirən İbrahim 1029-cu ildə Mahmud Qəznəvinin hücumuna məruz qalmışdı. İlk döyüşlərdə onu məğlub edə bilsə də, Məsud tərəfindən 13 sentyabr 1029-cu ildə məğlub edildi və torpaqlarının böyük bir hissəsi əlindən alındı.[1]