Salar İbrahim (v. 983, Cənubi Azərbaycan) — Salarilərdən Dvin və Azərbaycan hakimi.
Salar İbrahim | |
---|---|
İbrahim ibn Salar | |
Dvin hakimi | |
957 – 979 | |
Monarx | I Cüstan |
Əvvəlki | Mərzban ibn Məhəmməd |
Sonrakı | Əbül Hica Salar |
Salarilərdən V Azərbaycan hakimi | |
962 – 979 | |
Əvvəlki | İsmail ibn Vəhsudan (birinci) Nuh ibn Vəhsudan (ikinci) |
Sonrakı | II Mərzban |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | Mərzban ibn Məhəmməd |
Ailəsi | Salarilər dövləti |
Mərzban ibn Məhəmmədin oğlu idi. Atasının ölümündən sonra 957-ci ildə qardaşı Cüstan və əmisi Vəhsudanla gəlinən razılığa görə qardaşından asılı olaraq Dvin hakimi olmuşdu. 960-cı ildə İsmailin Azərbaycanı işğalına qarşı qoymağa çalışsa da məğlub Dvinə çəkilmişdi.
Əmisioğlu İsmailin ölümündən sonra Azərbaycanı ələ keçirən İbrahim 966-cı ildə Vəhsudan tərəfindən göndərilmiş Əbül Qasim Mişaki adlı sərkərdə tərəfindən devrilmiş və Cibala qaçmalı olmuşdu. Onun yerinə Vəhsudan öz oğlu Nuhu yerləşdirmişdi. Qaynı Rüknəldövlənin yanına qaçan İbrahim eyni il vəzir Əbül Fəzl ibn Amidin köməyi ilə hakimiyyətə qaytarılmışdı. 967-ci ildə Vəhsudan tərəfindən bir daha məğlub ediləndən sonra sülh bağlamış, torpaqların bir hissəsini ona verməli olmuşdu. 968-ci ildə Şirvanşah şahzadəsi Heysəmin ona sığınmağından istifadə edərək Şirvana qarşı hücuma keçmişdi. Lakin şah Əhməd ona bac verməklə sülh bağladı, Dərbənd əmiri Əhməd ibn Əbdülmalik isə ona bac verməkdən imtina etdi.
971-ci ildə Gəncəni Şəddadilərə uduzan İbrahim Ərdəbilə çəkildi. 979-cu ildə devrilərək həbs olunan İbrahim, 983-cü ildə vəfat etdi. Onun Azərbaycandakı əsas torpağı Rəvvadilərin əlinə keçdi. Azərbaycanın çox kiçik bir hissəsində isə əmisinəvəsi II Mərzban hakimiyyətə gəldi.