Salarilər

Salarilər — 941–981-ci illərdə hökm sürmüş Türk əsilli müsəlman xanədanlıq.

Tarixi dövlət
Salarilər
Bayraq
Bayraq
 
 
 
 
941 — 981

Paytaxt Ərdəbil
Ən böyük şəhər Təbriz
Dəbil
Rəsmi dilləri ərəb dili, deyləm dili, türk dili
Dövlət dini İslam
Valyuta Dirhəm, Dinar
İdarəetmə forması Monarxiya
Sülalə Salarilər
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
border=none Əsas məqalə: Məhəmməd ibn Müsafir

X əsr Abbasi xilafətində mərkəzi hakimiyyət bölgələrin idarəçiliyinə nüfuzlu ailələri gətirməyə başlamışdı. Bu durum zamanla o ailələrin nüfuzunun lazım olandan daha çox artmasına və nəticədə de fakto müstəqil hərəkət etmələrinə yol açırdı. Onlardan biri də Salarilər idi. Burada hakimlik edən sülalələr müsəlmanların mənəvi-siyasi rəhbəri xəlifəyə zahiri itaətlərini saxlayır, lakin bir sıra hallarda siyasi hakimiyyəti ələ keçirirdilər. Əslən Tarım hakimi Məhəmməd ibn Müsafir Cüstanilərlə ittifaq yaradıb 919-cu ildə Deyləmdə öz dövlətini qurmuşdu.

Salarilərin Azərbaycanı ələ keçirməsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Mərzban ibn Məhəmməd
Azərbaycanın Salarilərin hakimiyyətinə keçməsi dövrü Mərzban ibn Məhəmmədin hakimiyyətinə təsadüf edir. O, çətin mübarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz səltənətini möhkəmləndirməyə çalışırdı. Azərbaycandakı Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Mərzbanın qardaşı Vəhsudan isə öz dövlətini Deyləmdə qurmuşdu. Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər. Salarilərin qoşunu maaşla saxlanlan süvari və piyada dəstələrindən ibarət idi.

Beləliklə, Salarilər dövləti şimalda Dərbənd keçidindən başlayaraq, cənubda DəcləFərat çaylarının yuxarılarına qədər, şərqdə Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə edən bir dövlətə çevrildi. Bu da təbii olaraq, bütün ölkə miqyasında iqtisadi əlaqələrin inkişafına, sənətkarlıq və ticarətin tərəqqisinə, xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi. Salarilərin hakimiyyəti illərində Xəzər dənizində ticarət gəmiləri üzməyə başladı. Bütün Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı, müxtəlif etnik qrupların Azərbaycan xalqı ilə qaynayıb-qarışması prosesi daha sürətləndi.

Mərzbandan sonra

[redaktə | mənbəni redaktə et]

Mərzban ibn Məhəmmədin ölümündən sonra onun oğulları ilə qardaşı Vəhsudan arasında Azərbaycan uğrunda gedən çəkişmələr sülalənin zəifləməsinə səbəb oldu. Azərbaycan Salariləri iki yerə bölündü, Deyləm Salariləri isə bir qədər uzun hökmranlıq sürüb 962-ci ildə Xaşxaşilərə məğlub oldular.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]