Abasxanlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Abasxanlı
40°22′ şm. e. 48°24′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 23 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Abasxanlı xəritədə
Abasxanlı
Abasxanlı

AbasxanlıAzərbaycan Respublikasının Ağsu rayonunun Kəndoba kənd inzibati ərazi dairəsində kənd.[1] Əhalisi 679 nəfərdir (2008)[2]

Tarixi

Şirvan düzündədir. Keçmiş adı Gorus Abbasxanlı olmuşdur. Oykonim Şamaxı qəzasında maldarlıqla məşğul olan bir nəslin adını əks etdirir. Bu kənd Şirvan xanlığı dövründə ÇaparlıAğarx kəndləri ilə birlikdə Gorus adlanan mahala daxil idi. Mahalın adı vaxtilə burada məskunlaşmış gorus qızılbaş tayfasının adından götürülmüşdür. XVIII əsrdə Gorus mahalı Şamaxı xanı Mustafa xanın kürəkəni Ağakişi bəyə mənsub olmuşdur. 1933-cü ildə Cəlilabad rayonu ərazisində eyniadlı kənd qeydə alınmışdır. Bu oykonimlər abbasxanlı nəslinin adı ilə bağlıdır.[3]

Həmçinin bax

Xarici keçid

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 8. ISBN 978-9952-441-02-4.
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 8