Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbərUhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayılİkinci Bəyazid dövründə öz əsgərlərini AnadoludanSuriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar.[5]
Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi[6]
Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi.
Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.[7]
Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən bəziləri:
Özbək və türkmənlərdən sonra Əfqanıstanda üçüncü ən böyük türk qrupu qızılbaşlardır.[8] 4 yanvar 2004-cü ildə qəbul edilmiş konstitusiyanın I bölmə, IV maddəsinə əsasən qızılbaşlar etnik qrup kimi Əfqanıstan dövləti tərəfindən tanınır.[9] XVIII əsrdə Nadir şah Əfşar tərəfindən Əfqanıstana köçürülüblər.[10][11]On iki imam şiəsi olan qızılbaşların hamısı ikidillidir.[12] Bu ölkədəki qızılbaşlar əfşar, bayat, şahsevən, ənsarlı[q 1], şahağası, şamlı və cavanşir tayfalarından ibarətdir, əsas dil kimi əksəriyyəti dəri dilində, əfşar tayfasından olanların bir hissəsi isə Azərbaycan dilinə yaxın dialektdə danışır.[13] Əsas dil olaraq dəricə danışanların ikinci dili şimali Azərbaycanda danışılan dialektlərdir.[14] Kompakt halda Kabil, Herat, Lögər və Qəndahar şəhərlərində, həmçinin Əfqanıstanın mərkəzində bəzi kəndlərdə yaşayılar.[q 2]
Əfqanıstanda yaşayan etnik qrupların sayı haqqında məlumat siyahıyaalınma keçirilmədiyi üçün təxminlərə əsaslanır. 1996-cı ilə olan təxminə əsasən qızılbaşlar Əfqanıstan əhalisinin təxminən 1,00%–ni təşkil edirlər.[15] Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart[q 3] 2015-ci ilə olan məlumatına əsasən ölkənin oturaq əhalisinin sayı 27.101.365 nəfərdir.[16] Oturaq əhalidən əlavə ölkədə təxminən 1.5 milyon nəfər[q 4] köçəri (fars.کوچیهای افغانستان) yaşayır və beləliklə ölkənin faktiki əhalisi qeyd edilən tarixə təxminən 28.6 milyon nəfərdən çoxdur.[q 5]
Beləliklə, 2015-ci ildə Əfqanıstanda qızılbaşların sayının 286 min nəfərdən çox olduğunu təxmin etmək mümkündür.[q 6]
Anadoluda Qırşexir, Ankara, Sivas, Malatya, Diyarbəkir, Ərzurum, Çorum, Kars, Antalya, İzmir, Manisa, Kütaxya, Balıqəsirdə Qızılbaş kəndləri vardır. Ümumiyyətlə isə, Qızılbaşlara Türkiyənin hər bir yerində rast gəlmək mümkündür. Orta Anadolu Qızılbaşları Hacı Bəktaşi Vəli-Çələbi ocağına, Qızılbaşların bir qolu olan Taxtacılar İzmirin Narlıdərə kəndindəki Yanın Yatır ocağına, Aydında olan Qızılbaşlar isə Hacı Əmir ocağına bağlıdırlar. Qızılbaşların böyük bir piri də Ankaranın Həsən dədə kəndindəki eyni adlı bir pirdir. Taxtacılar Qızılbaşların qolu olub Yörük türkmənləridir. Bunlar köçəri həyat tərzi keçirirlər. Meşə təsərrüfatı ilə məşğul olduqlarından taxtacı adlandırılırlar.
Anadolu Qızılbaşları demokrat ruhlu və yüksək əxlaqlı insanlardır. Əski türkcə danışırlar, savadlıdırlar, cahil və qaba deyildirlər. Bir çox mahnılar, şeirlər və əfsanələr bilirlər.
XV əsrin ilk yarısına aid "Əqaid-i Övliya-i Səba" əsəri Azərbaycan dilində yazılmışdır. Bu əsər ələvi-qızılbaş inancının keçmişi və ideologiyası haqqında əsas nəzəri əsərlərdən biri sayılır.[17]
1. Dost Muhammad Khan first reign and the First Anglo-Afghan War. — The Qizilbash, page 25 – 26. // State and Tribe in Nineteenth-century Afghanistan: The Reign of Amir Dost Muhammad Khan (1826–1863). Author: Christine Noelle. First published in 1997 by Curzon Press; reprinted in 2004. London: Routledge Curzon, 2004, 439 pages. ISBN 9780700706297
↑Ənsarlı və ya Ənsaroğlu adlı tayfa əvvəllər Bayat tayfasından ayrılmış qəbilə olmuşdur, sonrdan artaraq tayfaya çevrildi.
↑Bayat tayfasına mənsub olan qızılbaşlar Əfqanıstanın şərqində və şimali-şərqində məskunlaşıblar. Ənsarlı qızılbaşlar Kabil vilayətinin Qala Fətulla, Qala Sədulla və VəzirabadArxivləşdirilib 2021-08-31 at the Wayback Machine kəndlərində yaşayırlar. Şamlı tayfasının nümayəndələri Kabil və Herat şəhərlərində məskunlaşıblar.
↑BMT 2012-ci ilə Əfqanıstan əhalisini 29.825 milyon nəfər təxmin etmişdir. Yenə BMT–yə görə 2010–2015-ci illərdə Əfqanıstanda əhalinin illik orta artımı 2,40 % təşkil edəcəkdir. Buna əsaslanaraq ehtimal etmək olar ki, 2015-ci ildə Əfqanıstan əhalisi 32.024 milyon nəfər təşkil edə bilər. — Bu məlumatlar üçün istinad olaraq baxın: Country profiles. — Afghanistan, page 3. // World Statistics Pocketbook, 2014 editionArxivləşdirilib 2015-03-29 at the Wayback Machine. Department of Economic and Social Affairs Statistics Division, Series V, No. 38. New York: United Nations, 2014, 241 pages. ISBN 9789211615869.
↑Savory, EI2, Vol. 5, p. 243: "Kizilbāsh (T. "Red-head"). […] In general, it is used loosely to denote a wide variety of extremist Shi'i sects [see Ghulāt], which flourished in [V:243b] Anatolia and Kurdistān from the late 7th/13th century onwards, including such groups as the Alevis (see A. S. Tritton, Islam: belief and practices, London 1951, 83)."
National sovereignty in Afghanistan belongs to the nation that exercises it directly or through its representatives.
The nation of Afghanistan consists of all individuals who are the citizen of Afghanistan.
The nation of Afghanistan is comprised of the following ethnic groups: Pashtun, Tajik, Hazara, Uzbak, Turkman, Baluch, Pashai, Nuristani, Aymaq, Arab, Qirghiz, Qizilbash, Gujur, Brahwui and others.
The word Afghan applies to every citizen of Afghanistan.
No member of the nation can be deprived of his citizenship of Afghanistan. Affairs related to the citizenship and asylum are regulated by law.
The Qizilbash, or "Red Heads," were Turkic warriors-turned-Persian who had arrived in Afghanistan in numbers after Nadir Shah's and other Persian debacles.
Some of Nadir's Qizilbash soldiers settled in Afghanistan where their descendants had successfu careers in the army (until the end of Dost Muhammad's rule), government, the trades, and crafts.
In 1996, approximately 40 percent of Afghans were Pashtun, 11.4 of whom are of the Durrani tribal group and 13.8 percent of the Ghilzai group. Tajiks make up the second largest ethnic group with 25.3 percent of the population, followed by Hazaras, 18 percent; Uzbeks, 6.3 percent; Turkmen, 2.5 percent; Qizilbash, 1.0; 6.9 percent other. The usual caveat regarding statistics is particularly appropriate here.