Abasxanlı — Azərbaycan Respublikasının Ağsu rayonunun Kəndoba kənd inzibati ərazi dairəsində kənd.[1] Əhalisi 679 nəfərdir (2008)[2]
Abasxanlı | |
---|---|
40°22′ şm. e. 48°24′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 23 m |
Saat qurşağı | |
Şirvan düzündədir. Keçmiş adı Gorus Abbasxanlı olmuşdur. Oykonim Şamaxı qəzasında maldarlıqla məşğul olan bir nəslin adını əks etdirir. Bu kənd Şirvan xanlığı dövründə Çaparlı və Ağarx kəndləri ilə birlikdə Gorus adlanan mahala daxil idi. Mahalın adı vaxtilə burada məskunlaşmış gorus qızılbaş tayfasının adından götürülmüşdür. XVIII əsrdə Gorus mahalı Şamaxı xanı Mustafa xanın kürəkəni Ağakişi bəyə mənsub olmuşdur. 1933-cü ildə Cəlilabad rayonu ərazisində eyniadlı kənd qeydə alınmışdır. Bu oykonimlər abbasxanlı nəslinin adı ilə bağlıdır.[3]