Albaniya memarlığı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Paytaxt Tirana 1914-cü ildən əvvəl

Albaniya memarlığıAlbaniya Respublikası ərazisində müxtəlif mədəniyyətlərə – illiryalılara, qədim yunanlara, Roma İmperiyasına, Osmanlı İmperiyasına və italyan memarlığına aid olan abidələr kompleksi.

Tarixi

Ölkədəki İlliriya qalalarının qalıqları qədim memarlıq tikililərindəndir[1]. Belə ki, onlar e.ə. VII əsrə aid edilir[1].

Sonrakı dövrlərdə antik ənənələrin geniş yayılmasına baxmayaraq, Albaniyanın milli mədəniyyəti – ənənəvi tikililər, keramika, metal emalı inkişaf etməkdə davam edirdi[1].

Albaniya memarlığının formalaşmasında illiryalıların, qədim yunanların, Roma İmperiyasının, Osmanlı İmperiyasının və italyan memarlığının böyük rolu olmuşdur.

Xristian memarlığı

XIII-XIV əsrlərdə Bizans üslubunda kilsə incəsənəti inkişaf etmişdir[1]. Həmin dövrə aid əsas memarlıq abidələri bunlardır:

  • Mesopotam kəndində Müqəddəs Nikolay kilsəsi[1];
  • Lavdaridə Müqəddəs Troitsa kilsəsinin divar rəsmləri[1].

XVII-XVIII əsrlərdə də Voskopoya və Vitkuki şəhərlərində çoxsaylı kilsələr tikilmişdir[1].

Türk-islam memarlığı

XV-XIX əsrlərdə Albaniyada türk-islam memarlıq ənənələri üstünlük təşkil etmişdir[1]. Həmin dövrə aid əsas memarlıq abidələri bunlardır:

Kommunizm və post-kommunist dövrü

Skanderbeu meydanı 1988-ci ildə

1944-cü ildən 1991-ci ilə qədər şəhərsalmada memarlıq keyfiyyətləri azalmışdır. Belə ki, kütləvi şəkildə sosialist yaşayış massivləri, geniş yollar, fabriklər, şəhər meydanları inşa edilsə də, əslində onlar sökülən tarixi binaların yerində inşa edilmişdir.

Qalereya

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 299. ISBN 978-9952-441-02-4.
  2. 1 2 3 Sirli türk ruhunun gizləndiyi əfsanəvi məmləkət[ölü keçid]. lent.az, 30.03.2011  (az.)

Xarici keçidlər