Moldova memarlığı — Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR, müasir Moldova Respublikasının və tanınmayan Dnestryanı Moldav Respublikasının memarlığı. Moldova memarlığı moldovanlar və ölkədə yaşayan digər xalqların, eləcə də Moldovanın yaxın mədəni əlaqələr saxladığı xalqların çoxəsrlik ənənələrini təcəssüm etdirir.
Moldova ərazisində orta əsrlərə aid çoxlu memarlıq abidəsi qalmışdır. Bunlardan Soroki və Benderıdakı daş qayalar (XVI əsr), Orgeyevdə kilsə (XVII əsr), Kişinyovda Mazaraki kilsəsi (XVIII əsr) və s. fərqlənir. XIX əsrin əvvələrindən şəhərlər müntəzəm plan üzrə inkişaf etmiş, klassisizm üslubunda bina və ansambllar yaradılmışdır (Kişinyovda kilsə, 1830–1835). Moldovada sovet hakimiyyəti qurulduqdan, xüsusilə İkinci Dünya müharibəsindən sonrakı illərdə Kişinyov, Tiraspol, Beltsı, Benderı, Orgeyev, Kaqul şəhərlərndə R. Y. Kurts, V. A. Voytsexovski, V. P. Mednek, S. M. Şoyxet, A. V. Kolotovkin, A. S. Vedenkin və başqa memarların layihəsi ilə inzibati mədəni mərkəzlərin, əsas magistiralların (məsələn, Kişikyovda Lenin prospekti) və ayrı-ayrı yaşayış rayonlarının kompleks tikintisi həyata keçirilmişdir. 1945-ci ildə Moldova SSR Memarlar İttifaqı yaradılmışdır.[1]