Amvrosi Buçma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Amvrosi Buçma
ukr. Амвросій Бучма
Doğum adı Amvrosi Maksimilianoviç Buçma
Doğum tarixi 2 (14) mart 1891
Doğum yeri
Vəfat tarixi 6 yanvar 1957(1957-01-06)[1] (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Parkinson xəstəliyi
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, kinorejissor, teatr rejissoru
Fəaliyyət illəri 1905-ci ildən
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Stalinqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

"SSRİ xalq artisti" fəxri adı Ukrayna SSR-in xalq artisti Ukrayna SSR-in əməkdar artisti "Stalin" mükafatı "Stalin" mükafatı
IMDb ID0118210
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amvrosi Maksimilianoviç Buçma (ukr. Амвросій Максиміліанович Бучма; 2 (14) mart 1891, Lvov, Avstriya-Macarıstan[1]6 yanvar 1957[1], Kiyev[1]) — ukrayna sovet aktyoru, kinorejissor. Ukrayna SSR xalq artisti (1940). SSRİ xalq artisti (1944).

Həyatı

Amvrosi Buçma 14 mart 1891-ci ildə Lvovda anadan olub. 1905-ci ildən Lvovdakı "Ruska besida" teatrının aktyoru olmuş, faciə, dram, vodevil, operaoperetta kimi müxtəlif janrlarda çıxış etmişdir. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı Avstriya ordusuna çağırılmış, 1915-ci ildə Avstriya hərbi əsiri kimi Rusiyaya gətirilmişdir. 1917-ci ildən səhnə fəaliyyətinə qayıtmışdır. Kiyevdə Musiqili Dram İnstitutunda oxumuşdur. 1919-cu ildə "Yeni Lvov teatrı"nın rəhbəri olnuşdur. 1920-ci ildə İvan Franko adına teatrın yaradılmasında iştirak etmiş, 1921-ci ildə Çerkassı şəhərində İ. Franko adına Studiyanı yaratmışdır. 1922–1926 və 1930–1936-cı illərdə Kiyevdəki "Berezil" teatrının (1933-cü ildən Taras Şevçenko adına Xarkov teatrı) aktyoru olmuş, 1936-cı ildə yenidən İvan Franko adına Teatra qayıtmışdır. 1924-cü ildən kinoya çəkilmişdir. 1945–1948-ci illərdə Kiyev kinostudiyasının bədii rəhbəri işləmişdir. Kiyev Teatr Sənəti İnstitutunda dərs demişdir. Amvrosi Buçma 6 yanvar 1957-ci illərdə Kiyevdə vəfat etmişdir.

Mükafatları

Filmoqrafiya

  • Taras Şevçenko (film, 1926) — Taras Şevçenko
  • Arsenal (film, 1928) — eynəkli alman əsgəri
  • Aleksandr Parxomenko (film, 1942) — Maqsud
  • İvan Qroznı (film, 1945) — Aleksey Basmanov
  • Yenilməz insanlar (film, 1945) — Taras
  • Kəşfiyyatçının igidliyi (film, 1947) — aqronom Leşşuk

Xarici keçidlər

İstinadlar

  1. 1 2 3 4 5 6 Бучма Амвросий Максимилианович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Rusca Vikipediya (rus.). 2001.