Amvrosi Maksimilianoviç Buçma (ukr. Амвросій Максиміліанович Бучма; 2 (14) mart 1891, Lvov, Avstriya-Macarıstan[1] – 6 yanvar 1957[1], Kiyev[1]) — ukrayna sovet aktyoru, kinorejissor. Ukrayna SSR xalq artisti (1940). SSRİ xalq artisti (1944).
Amvrosi Buçma | |
---|---|
ukr. Амвросій Бучма | |
Doğum adı | Amvrosi Maksimilianoviç Buçma |
Doğum tarixi | 2 (14) mart 1891 |
Doğum yeri | |
Vəfat tarixi | 6 yanvar 1957[1] (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Parkinson xəstəliyi |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, kinorejissor, teatr rejissoru |
Fəaliyyət illəri | 1905-ci ildən |
Mükafatları |
|
IMDb | ID0118210 |
Vikianbarda əlaqəli mediafayllar |
Amvrosi Buçma 14 mart 1891-ci ildə Lvovda anadan olub. 1905-ci ildən Lvovdakı "Ruska besida" teatrının aktyoru olmuş, faciə, dram, vodevil, opera və operetta kimi müxtəlif janrlarda çıxış etmişdir. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı Avstriya ordusuna çağırılmış, 1915-ci ildə Avstriya hərbi əsiri kimi Rusiyaya gətirilmişdir. 1917-ci ildən səhnə fəaliyyətinə qayıtmışdır. Kiyevdə Musiqili Dram İnstitutunda oxumuşdur. 1919-cu ildə "Yeni Lvov teatrı"nın rəhbəri olnuşdur. 1920-ci ildə İvan Franko adına teatrın yaradılmasında iştirak etmiş, 1921-ci ildə Çerkassı şəhərində İ. Franko adına Studiyanı yaratmışdır. 1922–1926 və 1930–1936-cı illərdə Kiyevdəki "Berezil" teatrının (1933-cü ildən Taras Şevçenko adına Xarkov teatrı) aktyoru olmuş, 1936-cı ildə yenidən İvan Franko adına Teatra qayıtmışdır. 1924-cü ildən kinoya çəkilmişdir. 1945–1948-ci illərdə Kiyev kinostudiyasının bədii rəhbəri işləmişdir. Kiyev Teatr Sənəti İnstitutunda dərs demişdir. Amvrosi Buçma 6 yanvar 1957-ci illərdə Kiyevdə vəfat etmişdir.