Anar Qədirli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anar Qədirli
Şəxsi məlumatlar
Doğum tarixi (57 yaş)
Doğum yeri Bakı, Azərbaycan Azərbaycan SSR, SSRİ SSRİ
Təhsili BDU - Jurnalistika fakültəsi
Fəaliyyəti jurnalist

Təltifləri "Tərəqqi" medalı — 2009

Anar Ələsgər oğlu Qədirli - jurnalist, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, “Strateji Kommunikasiyalar Mərkəzi” ictimai birliyinin rəhbəri.

Həyatı və təhsili

14 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub.  1974-1985-ci illərdə Bakı şəhərində Yasamal rayonu 158 saylı orta məktəbdə təhsil almışdır. 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və universiteti fərqlənmə  ilə bitirmişdir. 1991-ci ildə İTAR-TASS informasiya agentliyində təcrübə keçmişdir. 2004-cü ildən Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının (MARJ)  üzvüdür.

Əmək fəaliyyəti

1992-1993-cü illərdə “Xəbər Servis” Müstəqil informasiya Agentliyinin baş redaktoru

1993-1995-ci illərdə “Los Angeles Times” qəzetinin regional müxbiri[1]

1993-1996-cı illərdə “ANS” teleradio şirkətində xəbərlər xidmətinin baş redaktoru

1996-1997-ci illərdə “Trend” jurnalında baş redaktorun müavini

1997-1998-ci illərdə Moskvada "Группа-Альянс" şirkətində PR üzrə konsultant

1999-2005-ci illərdə “Proqnoz” Müstəqil Sosioloji Araşdırmalar Mərkəzində direktor müavini

2006-2015-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri

2015-2017-ci illərdə  Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri[2].

Mükafatları

Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli 305 saylı sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur[3].

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 9 iyun 2008-ci il tarixli əmri ilə fəxri fərmanla təltif olunmuşdur.

İstinadlar

  1. Гость сайта — пресс-секретарь Министерства здравоохранения Азербайджанской Республики Анар Гадирли.
  2. "A.Qədirli Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində yeni yaradılan ictimaiyyətlə əlaqələr şöbəsininin müdiri vəzifəsinə təyin edilidi". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
  3. AZƏRBAYCAN RESPUBLİKASININ SƏHİYYƏ İŞÇİLƏRİNİN “TƏRƏQQİ” MEDALI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Xarici keçidlər