Anar Ələsgər oğlu Qədirli - jurnalist, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, “Strateji Kommunikasiyalar Mərkəzi” ictimai birliyinin rəhbəri.
Anar Qədirli | |
---|---|
Fayl:Anar Qədirli.jpg | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili | BDU - Jurnalistika fakültəsi |
Fəaliyyəti | jurnalist |
|
|
Təltifləri |
14 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1974-1985-ci illərdə Bakı şəhərində Yasamal rayonu 158 saylı orta məktəbdə təhsil almışdır. 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və universiteti fərqlənmə ilə bitirmişdir. 1991-ci ildə İTAR-TASS informasiya agentliyində təcrübə keçmişdir. 2004-cü ildən Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının (MARJ) üzvüdür.
1992-1993-cü illərdə “Xəbər Servis” Müstəqil informasiya Agentliyinin baş redaktoru
1993-1995-ci illərdə “Los Angeles Times” qəzetinin regional müxbiri[1]
1993-1996-cı illərdə “ANS” teleradio şirkətində xəbərlər xidmətinin baş redaktoru
1996-1997-ci illərdə “Trend” jurnalında baş redaktorun müavini
1997-1998-ci illərdə Moskvada "Группа-Альянс" şirkətində PR üzrə konsultant
1999-2005-ci illərdə “Proqnoz” Müstəqil Sosioloji Araşdırmalar Mərkəzində direktor müavini
2006-2015-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri
2015-2017-ci illərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri[2].
Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli 305 saylı sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur[3].
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 9 iyun 2008-ci il tarixli əmri ilə fəxri fərmanla təltif olunmuşdur.