Aqafangel Krımski

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aqafangel Krımski
Doğum tarixi
Doğum yeri Vladimir-Volinski, Rusiya imperiyası
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Kustanay, Qazaxıstan
Milliyyəti Krım tatarı
Elm sahələri tarix, dilçilik, şərqşünaslıq
İş yerləri
Təhsili
  • Moskva Universitetinin Tarix və Filologiya fakültəsi[d] (–1896),
  • Lazarev Şərq Dilləri İnstitutu[d] (18891892)
Tanınmış yetirmələri Timofey Qrunin
Üzvlüyü
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krimski Aqafangel Yefimoviç (15. 01. 1871, Vladimir-Volinski – 25.01.1942, Kustanay)– Ukrayna yazıçısı, şərqşünas, akademik (1918). Əslən Krım tatarıdır.

Həyatı

1892-ci ildə Moskvadakı Lazarev Şərq Dilləri İnstitutunu, 1896-cı ildə Moskva Universtitetinin tarix fakultəsini bitirmişdir. Şərq xalqlarının tarix və mədəniyyətinə dair bir sıra əsərlərin müəllifidir.

60-a yaxın dil bilən Aqafangel Krımski dünyanın ən görkəmli şərqşünaslarından biri, etnoqraf və yazıçı idi. O, Ukrayna Elmlər Akademiyasının təşkilatçılarından (1918) biri və tarix-filologiya bölməsinin katibi, sədri, Şərqşünaslıq İnstitutunun direktoru (1921-1929), Kiyev Universitetinin professoru olmuşdur. Ərəb, türk, fars dillərini və ədəbiyyatlarını, habelə Ukrayna dili, tarixi və mədəniyyətini tədqiq etmişdir. A.Krımski “Müsəlmanlığın tarixi”, “Ərəblərin və ərəb ədəbiyyatının tarixi”, “İranın və onun ədəbiyyatının tarixi”, dördcildlik “Türkiyə və onun ədəbiyyatının tarixi” əsərlərinin müəllifi, Quranın və Ömər Xəyyam, Rudəki və digər Şərq klassiklərinin əsərlərinin Ukrayna dilinə tərcüməçisi və naşiridir.

Şərq tarixini ümumdünya tarixinin bir hissəsi kimi tədqiq edən ilk rus şərqşünasıdır. Azərbaycanşünaslığa dair qiymətli tarixi və filoloji əsərlər yazmışdır: «Nizami və müasirləri», «Şimali yaxud Qafqaz Azərbaycanı (klassik Albaniya) tarixindən səhifələr. Şəki» və s.

Biblioqrafiya

  • Крымский А. Е. Очерк развития суфизма до конца III в. Хиджры. — СПб., 1895. (Тр. Восточной Комиссии Имп. Московского Археолоического Общества. — М., 1895. — Т. 2.)
  • Крымский А. Е. Лекции по Корану. — М., 1902.
  • Крымский А. Е. История мусульманства: В 3 ч. — М., 1903—1904.
  • Крымский А. Е. История Турции и её литературы: В 2 т. — М., 1910—1916.
  • Крымский А. Е. История арабов и арабской литературы светской и духовной: В 3 ч. — М., 1911—1913; В 2 т. — 1918.
  • Крымский А. Е. История Персии, её литературы и дервишской теософии: В 3 т. — Изд., перераб. совместно с Н. Фрейтагом. — М., 1909—1917.
  • Крымский А. Е. История новой арабской литературы. — М., 1971.
  • Крымский А. Е. Низами и его современники: [К 840-летию Низами Гянджеви] / А. Е. Крымский; [Вступит. статья Г. Алиева, с. 5—20]. — Баку: Элм, 1981. — 487 с.

Mənbə

İstinadlar

Həmçinin bax

Xarici keçidlər