Aqafangel Krımski

Krimski Aqafangel Yefimoviç (ukr. Агатангел Юхимович Кримський; krımtat. Agatangel Krımskiy; 3 (15) yanvar 1871, Vladimir (Ukrayna), Volın quberniyası[d][1]25 yanvar 1942[1], Kostanay[2]) — Ukrayna yazıçısı, şərqşünas, akademik (1918). Əslən Krım tatarıdır.

Aqafangel Krımski
Doğum tarixi 3 (15) yanvar 1871
Doğum yeri
Vəfat tarixi 25 yanvar 1942(1942-01-25)[1] (71 yaşında)
Vəfat yeri
Elm sahələri tarix, dilçilik, şərqşünaslıq
İş yerləri
Təhsili
  • Moskva Universitetinin Tarix və Filologiya fakültəsi[d] (–1896),
  • Lazarev Şərq Dilləri İnstitutu[d] (18891892)
Tanınmış yetirmələri Timofey Qrunin
Üzvlüyü
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1892-ci ildə Moskvadakı Lazarev Şərq Dilləri İnstitutunu, 1896-cı ildə Moskva Universtitetinin tarix fakultəsini bitirmişdir. Şərq xalqlarının tarix və mədəniyyətinə dair bir sıra əsərlərin müəllifidir.

60-a yaxın dil bilən Aqafangel Krımski dünyanın ən görkəmli şərqşünaslarından biri, etnoqraf və yazıçı idi. O, Ukrayna Elmlər Akademiyasının təşkilatçılarından (1918) biri və tarix-filologiya bölməsinin katibi, sədri, Şərqşünaslıq İnstitutunun direktoru (1921-1929), Kiyev Universitetinin professoru olmuşdur. Ərəb, türk, fars dillərini və ədəbiyyatlarını, habelə Ukrayna dili, tarixi və mədəniyyətini tədqiq etmişdir. A.Krımski “Müsəlmanlığın tarixi”, “Ərəblərin və ərəb ədəbiyyatının tarixi”, “İranın və onun ədəbiyyatının tarixi”, dördcildlik “Türkiyə və onun ədəbiyyatının tarixi” əsərlərinin müəllifi, Quranın və Ömər Xəyyam, Rudəki və digər Şərq klassiklərinin əsərlərinin Ukrayna dilinə tərcüməçisi və naşiridir.

Şərq tarixini ümumdünya tarixinin bir hissəsi kimi tədqiq edən ilk rus şərqşünasıdır. Azərbaycanşünaslığa dair qiymətli tarixi və filoloji əsərlər yazmışdır: «Nizami və müasirləri», «Şimali yaxud Qafqaz Azərbaycanı (klassik Albaniya) tarixindən səhifələr. Şəki» və s.

  • Крымский А. Е. Очерк развития суфизма до конца III в. Хиджры. — СПб., 1895. (Тр. Восточной Комиссии Имп. Московского Археолоического Общества. — М., 1895. — Т. 2.)
  • Крымский А. Е. Лекции по Корану. — М., 1902.
  • Крымский А. Е. История мусульманства: В 3 ч. — М., 1903—1904.
  • Крымский А. Е. История Турции и её литературы: В 2 т. — М., 1910—1916.
  • Крымский А. Е. История арабов и арабской литературы светской и духовной: В 3 ч. — М., 1911—1913; В 2 т. — 1918.
  • Крымский А. Е. История Персии, её литературы и дервишской теософии: В 3 т. — Изд., перераб. совместно с Н. Фрейтагом. — М., 1909—1917.
  • Крымский А. Е. История новой арабской литературы. — М., 1971.
  • Крымский А. Е. Низами и его современники: [К 840-летию Низами Гянджеви] / А. Е. Крымский; [Вступит. статья Г. Алиева, с. 5—20]. — Баку: Элм, 1981. — 487 с.
  1. 1 2 3 4 Крымский Агафангел Ефимович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Deutsche Nationalbibliothek Record #122179463 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]