Ararat Mirzoyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ararat Mirzoyan
erm. Արարատ Սամվելի Միրզոյան
Ermənistanın xarici işlər naziri[d]
Vəzifədədir
19 avqust 2021-ci ildən
Ermənistan Baş nazirinin müavini[d]
11 may 2018 – 12 yanvar 2019
ƏvvəlkiKaren Karapetyan
Ermənistan Milli Məclisinin sədri[d]
14 yanvar 2019 – 2 avqust 2021
SonrakıAlen Simonyan
Şəxsi məlumatlar
Doğum tarixi 23 noyabr 1979(1979-11-23) (44 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti tarixçi, siyasətçi
Uşağı 2
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tarix üzrə fəlsəfə doktoru[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ararat Samveloviç Mirzoyan (23 noyabr 1979, İrəvan) — Erməni dövlət xadimi və siyasətçi. Ermənistan Respublikasının Xarici İşlər Naziri (19.08.2021). 2019-cu il yanvarın 14-dən 2021-ci il avqustun 2-dək Ermənistan Milli Assambleyasının sədri. Ermənistan baş nazirinin birinci müavini (11 may 2018 – 14 yanvar 2019). Ermənistan parlamentinin VI, VII çağırış deputatı. Tarix elmləri namizədi.

Həyatı

23 noyabr 1979-cu ildə İrəvanda anadan olub. 2000-ci ildə İrəvan Dövlət Universitetinin Tarix fakültəsinin İncəsənət fakültəsini bitirib. İki ildən sonra həmin fakültədə magistratura pilləsini bitirib. 2004-cü ildə Ermənistan Respublikasının Dövlət İdarəçilik Akademiyasını dövlət qulluqçusu, dövlət idarəçiliyi və yerli özünüidarəetmə üzrə mütəxəssis ixtisası üzrə bitirib. 2005-ci ildə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının aspiranturasını bitirərək tarix elmləri namizədi olmuşdur. Təhsili ilə paralel olaraq Ermənistan Milli Elmlər Akademiyasının Erməni Soyqırımı Muzey-İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb.

2018–2019-cu illərdə Ermənistan baş nazirinin birinci müavini, 2019-cu il yanvarın 14-dən isə Ermənistan Milli Assambleyasının sədri vəzifəsində çalışmışdır.

2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan Milli Assambleyasının binası yaxınlığında Azərbaycanla üçtərəfli müqavilənin bağlanmasına etiraz edən nümayişçilər Mirzoyanı avtomobilindən çıxarıb və döyüblər.[1][2]

2021-ci il avqustun 19-da Ermənistan Respublikasının xarici işlər naziri təyin edilmişdir.[3]

İstinadlar

  1. "Протестующие в Ереване избили спикера парламента Армении Мирзояна". 2020-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-10.
  2. "Избитый спикер парламента Армении попал в больницу". 2021-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-25.
  3. "Арарат Мирзоян назначен главой МИД Армении". 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-19.