Arif Vəliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Arif Vəliyev
9 may 1993 – 23 iyun 2014
ƏvvəlkiƏjdər Əliyev
SonrakıTahir Budaqov
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyun 1943(1943-06-28)
Doğum yeri
Vəfat tarixi 23 iyun 2014(2014-06-23) (70 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni — 2013

Arif Mikayıl oğlu Vəliyev (28 iyun 1943, Kirovka, Ağstafa rayonu23 iyun 2014, Bakı[1]) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri (1993–2014).[2]

Həyatı

Arif Mikayıl oğlu Vəliyev 1943-cü il iyun ayının 28-də Qazax (hazırda Ağstafa) rayonunun Həsənsu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsinə daxil olmuş və 1971-ci ildə ali məktəbi xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1961-ci ildən etibarən Azərbaycan SSR Mərkəzi Statistika Statistika İdarəsində başlayan Arif Vəliyev 1963-cü ilədək burada statistik, iqtisadçı olaraq çalışmış, 1963–1966-cı illərdə hərbi xidmət keçdikdən sonra yenidən Statistika İdarəsində fəaliyyətini davam etdirərək, 1966–1976-cı illərdə iqtisadçı, baş iqtisadçı və şöbə müdiri, 1976–1989-cu illərdə Statistika İdarəsi rəisinin müavini və birinci müavini olmuş, 14 dekabr 1979-cu ildən 25 may 1983-cü ilədək Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin rəisi vəzifəsini icra etmişdir. 1989–1990-cı illərdə isə həmin idarənin Baş hesablama mərkəzində baş iqtisadçı işləmişdir.

1990–1992-ci illərdə Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992–1993-cü illərdə isə Azərbaycan Respublikası Prezidenti Aparatında böyük məsləhətçi olmuşdur. Arif Vəliyev 1993-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Arif Vəliyevin ölkədə statistika işinin təşkili sahəsində xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlar almış, o cümlədən 2013-cü ildə Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

A. Vəliyev 2014-cü il iyunun 23-də Bakı şəhərində vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn edilmişdir[3]

İstinadlar

  1. 1 2 Freebase Data Dumps. Google.
  2. "Arxivlənmiş surət". 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-24.
  3. "Arif Vəliyev dəfn edildi" (az.). az.azvision.az. 23.06.2014, 16:57. 2014-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-25.