Arif Vəliyev

Arif Mikayıl oğlu Vəliyev (28 iyun 1943, Kirovka, Ağstafa rayonu23 iyun 2014, Bakı[1]) — Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri (1993–2014)[2].

Arif Vəliyev
1993 – 2014
ƏvvəlkiƏjdər Əliyev
SonrakıTahir Budaqov
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyun 1943(1943-06-28)
Doğum yeri
Vəfat tarixi 23 iyun 2014(2014-06-23) (70 yaşında)
Vəfat yeri
Təhsili

Təltifləri "Şöhrət" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Arif Vəliyev 1943-cü il iyun ayının 28-də Qazax (indiki Ağstafa)rayonunun Həsənsu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsinə daxil olmuş və 1971-ci ildə ali məktəbi xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1961-ci ildən etibarən Azərbaycan Respublikasının Mərkəzi Statistika İdarəsində başlayan Arif Vəliyev 1963-cü ilədək burada statistik, iqtisadçı olaraq çalışmış, 1963–1966-cı illərdə hərbi xidmət keçdikdən sonra yenidən Statistika İdarəsində fəaliyyətini davam etdirərək, 1966–1976-cı illərdə iqtisadçı, baş iqtisadçı və şöbə müdiri, 1976–1989-cu illərdə Statistika İdarəsi rəisinin müavini və birinci müavini, 1989–1990-cı illərdə isə həmin İdarənin Baş hesablama mərkəzində baş iqtisadçı işləmişdir.

1990–1992-ci illərdə Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992–1993-cü illərdə isə Azərbaycan Respublikası Prezidenti Aparatında böyük məsləhətçi olmuşdur. Arif Vəliyev 1993-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Arif Vəliyevin ölkədə statistika işinin təşkili sahəsində xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlar almış, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

A. Vəliyev 2014-cü il iyunun 23-də Bakı şəhərində vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn edilmişdir[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Freebase Data Dumps. Google.
  2. "Arxivlənmiş surət". 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-24.
  3. "Arif Vəliyev dəfn edildi" (az.). az.azvision.az. 23.06.2014, 16:57. 2014-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-25.