Astana-1964 FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bu məqalə Astanada 1964-cü ildə yaradılmış FK haqqındadır. Astanada 2009-cu ildə yaradılmış FK üçün Astana FK səhifəsinə baxın.
Astana-1964 FK
Ölkə Qazaxıstan Qazaxıstan
Yaranma tarixi 1964
Stadionu Kajimukan Munaytpasov stadionu
Tutumu 12,343
Prezidenti Qalım İbrayev
Baş məşqçisi Oyrat Saduov
Liqa Birinci dəstə
2013 VII
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Astana-1964 (qaz. Астана-1964 Футбол Клубы) — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu.

Komandanın rəngləri

Sarı Tünd göy

Adları

  • 1964: "Dinamo" (Selinoqrad) (qaz. «Динамо» (Целиноград))
  • 1975: "Selinnik" (Selinoqrad) (qaz. «Целинник» (Целиноград))
  • 1994: "Sesna" (Akmola) (qaz. «Цесна» (Акмола))
  • 1996: "Selinnik" (Akmola) (qaz. «Целинник» (Акмола))
  • 1997: "Astana" FK (qaz. «Астана» ФК)
  • 1999: "Jenis" (Astana) (qaz. «Жеңіс» (Астана))
  • 2006: "Astana" FK (qaz. «Астана» ФК)
  • 2009: "Namis" (Astana) (qaz. «Намыс» (Астана))
  • 2010: "Astana-1964" FK (qaz. «Астана-1964» ФК)

Tarixi

Astananın ilk futbol klubu olan bu komanda 1964-cü ildə "Dinamo" adı altında yaradılmışdır.[1]

Bu klub 1997-ci ildən "Astana" adı altında çıxış etməyə başlayıb.[1]

2007-ci ildə klubda güclü maliyyə problemləri başlayır və tezliklə aşağı liqaya yuvarlanır.[1]

Klub hazırda Qazaxıstanın birinci dəstəsində "Astana-1964" adı altında çıxış edir.[1]

Stadionu

Klub ev oyunlarını Kajimukan Munaytpasov stadionunda keçirir.

Liqa nəticələri

SSRİ dövründə
Futbol üzrə SSRİ çempionatının İkinci liqası
Müstəqillik dövründə
Qazaxıstan Birinci DivizionuQazaxıstan Premyer Liqası

Uğurları

Üç dəfə Qazaxıstan çempionu olmaqla yanaşı, üç dəfə də ölkə kubokuna sahib çıxıb.[1]

2000, 2001, 2006
2001, 2002, 2005

Avropa səhnəsində

Klub üç dəfə qatıldığı avrokuboklarda yalnız bir dəfə mərhələ keçib ki, onda da 2-ci mərhələdə "Rusenborq"a böyük hesablarla məğlub olublar (1:4, 1:7).[1]

Mövsüm Turnir Mərhələ Rəqib ölkə Rəqib klub Nəticə
2002/03 UEFA Çempionlar Liqası 1Q Moldova Moldova "Şerif" (Tiraspol) 1-2, 3-2 (s.q.)
2003/04 UEFA Kuboku 1Q Çexiya Çexiya "Viktoriya" (Jijkov) 0-3, 1-3
2007/08 UEFA Çempionlar Liqası 1Q Gürcüstan Gürcüstan "Olimpi" (Rustavi) 0-0, 3-0
2Q Norveç Norveç "Rusenborq" (Tronheym) 1-3, 1-7

Qeyd: Ev oyunlarının nəticəsi qalın şriftlərlə göstərilib.

İstinadlar

Xarici keçidlər