Ayşə Dittanova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ayşə Dittanova
krımtat. Ayşe Dittanova, Айше Диттанова
ukr. Айше Диттанова
Doğum tarixi 27 fevral 1918(1918-02-27)
Doğum yeri
Vəfat tarixi 15 noyabr 2015(2015-11-15)[1] (97 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Mükafatları Ukraynanın əməkdar artisti

Ayşə Dittanova (krımtat. Ayşe Dittanova, Айше Диттанова, ukr. Айше Диттанова; 27 fevral 1918, Yalta15 noyabr 2015[1], Nyu-York, Nyu-York ştatı) — Krım tatar aktrisası, Krım Tatar Dram Teatrının yenindən qurulmasının təşəbbüskarı, Ukrayna əməkdar artisti (1993).

Həyatı

Ayşə Dittanova Yalta yaxınlığındakı kiçik Derekoy kəndində anadan olmuşdur, hazırda o yer şəhərin rayonlarından biri hesab olunur. 1933-cü ildə Simferopol Teatr Kollecini bitirmişdir[2], sonra Krım Tatar Dram Teatrının truppasında işləməyə başladı. "Baxçasaray fəvvarəsi" tamaşasında aldığı rol onun karyerasının ən vacib rollardan biri sayılır.[3]

Krım tatarlarının deportasiyası zamanı Tacikistana düşdü, 1946-cı ildə burada yenidən peşəkar teatr səhnəsinə qayıtdı. SSRİ-nin siyasətinə görə Dittanova və eləcə də Krım tatar mənşəli digər aktyorlar milli sənətlə məşğul ola bilmirdilər.

Ayşə xanım 1988-ci ildə Krıma qayıtdı, Krım Tatar teatrının bərpası işinə başladı və 1990-1996-cı illərdə burada işlədi, sonra mədəniyyətin inkişafındakı əhəmiyyətli töhfələrinə görə "Ukraynanın əməkdar artisti" fəxri adını aldı.

1996-cı ildən vəfatına qədər Nyu-Yorkda yaşadı,[2] buna baxmayaraq dəfələrlə Krıma səfər etmişdir.[2][4] 2014-cü ildə, BMT-nin Baş Qərargahında keçirilən Krım tatarlarının deportasiyasının 70 illiyinə həsr olunmuş mərasimdə çıxış etdi.[5] 15 noyabr 2015-ci ildə vəfat etdi.

Mükafatları

İstinadlar

  1. 1 2 New-Yorkta aktrisa Ayşe Dittanova vefat etti (krım-tat.).
  2. 1 2 3 "В Симферополе состоялась творческая встреча с Айше Диттановой" (рус.). «Милли-Фирка». 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 ноября 2015.
  3. "В США умерла крымскотатарская актриса Айше Диттанова". «QHA». İstifadə tarixi: 16 ноября 2015.[ölü keçid]
  4. "Айше Диттанова посетила библиотеку" (рус.). Сайт крымскотатарской библиотеки им. Исмаила Гаспринского. 2017-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 ноября 2015.
  5. "В ООН состоялась церемония, посвящённая 70-й годовщине депортации крымских татар". «Голос Америки». 2014-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 ноября 2015.
  6. Ukrayna Prezidentinin 11 dekabr 1993-cü il tarixli 578/93 Fərmanı «О присвоении почетных званий Украины мастерам сцены Крымско-татарского музыкально-драматического театра, г. Симферополь» Arxivləşdirilib 2022-05-20 at the Wayback Machine (ukr.)

Xarici keçidlər