Ayrum

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ayrum Tiflis quberniyasının Borçalı qəzasında kənd adı.

Toponimkası

Ayrum - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Ayrum tayfasının məskunlaşmasından yaranmışdır. Türklər XIII əsrin əvvəllərində Anadolu yarımadasında Konya (İkonum) sultanlığını tutduqdan sonra, oradakı türk tayfalarının bir hissəsi Gəncə bölgəsinə və İrəvan əyalətinə köçmüşlər. Ayrum adı ayrı ("ayrılmış") sözündəndir. "Ayrım" adının guya hay (yəni erməni) və urum (yəni Roma,Bizans) sözlərindən ibarət olması fikri yanlışdır. İrəvan əyalətində ayrumların bir hissəsi İrana keçəndən sonra Şahsevənlərə qoşulmuş, digər hissəsi Ayrumlu(631 ailə), Seyid Aqsaqlı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160 ailə) qollarından ibarət olmuşdu. Ayrumlar oradan Azərbaycana, (Gədəbəy-Qazax bölgəsinə) və Gürcüstana köçmüşlər.

Həmçinin bax

Tiflis quberniyası

Xarici keçid

lib.az/maps

İstinad

[1]

  1. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı,"Nurlan", 2008.