Bəzək daşları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

(#empty_citation)

Bəzək daşları - yüksək sərtliyi, gözəl rəngi, yaxud naxışları ilə seçilən, cilalanan və pardaxlanan şəffaf, rəngsiz və rəngli qiymətli, yarımqiymətli minerallar və süxurlar. Zərgərlikdə, bədii və dekorativ məmulatlar hazırlanmasında istifadə edilir. Bəzək daşları üç sinifə bölünürlər: I sinifə – nefrit, lazurit, sodalit, amozonit, rodonit, malaxit, avanturin, dağ billuru, kvars, əqiq, yəşəm, vezuvian, çəhrayı kvars və b.; II sinifə — lepidolit, serpentin, selenit, obsidian, mərmər oniks, diatomit, fluorit, kəhrəba və s.; III sinifə — gips, mərmər, porfirlər, bəzi kvarsitlər, labrodorit, aqalmatolit, steatit və b. daxildir.[1]

Həmçinin bax

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

İstinadlar

  1. ikisahil.az. "Bəzək-düzək əşyaları ilə bağlı çox maraqlı faktlar" (az.). ikisahil.az. Archived from the original on 16 May 2023. İstifadə tarixi: 16 may 2023.