Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şərqşünaslıq fakültəsi
Bakı Dövlət Universiteti

Yaradılma tarixi 1922
Dekan Aydan Xəndan
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı Bakı
Digər məlumatlar
Sayt orient.bsu.edu.az

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsiBakı Dövlət Universitetinin fakültələrindən biri.

Haqqında

1919-cu ildə Bakı Dövlət Universiteti təsis ediləndə tarix-filologiya fakültəsinin nəzdində Şərq şöbəsi mövcud olmuşdur. 1922-ci ildə təşkil edilmiş Şərqşünaslıq fakültəsində türk və fars şöbələri yaradılmışdır. Fakültənin inkişafında məşhur alim və pedaqoqlar, o cümlədən akademiklər N. Marr, İ. Meşşaninov, V. Bartold, A. Samoyloviç, H. Araslı, professorlarİ. Oşmarin, A. Romaşkeviç, P. Juze, B. Çobanzadə, A. Qubaydulin, V. Xuluflu, Ə. Məmmədov, M. Əlizadə, R. Sultanov, Y. Şirvani və başqaları böyük rol oynamışlar.

Şərqşünaslıq fakültəsinin ilk dekanı P. Juzeolmuşdur. Hazırda dekan professor E. Z. Əzizovdur.

Şərqşünaslıq fakültəsində türk və fars şöbələri ilə yanaşı 1957-ciil də ərəb, 1993-cü ildə ibri, 2000-ci ildə yapon, 2001-ci ildə urdu, 2002-ci ildə çin və 2007-ci ildə koreya şöbələri də açılmışdır.

Fakültədə 4 kafedra, linqafon kabinəsi, ərəb, fars, türk, ibri, urdu, yapon, çin və koreya dilləri üzrə müasir mebel, kompüter, televizor, peykantennaları, videomaqnitafon və digər texniki vasitələrlə təchiz edilmiş xüsusi otaqlar, zəngin fondu olan kitabxana vardır.

Məzunlar

Eks-prezident Əbülfəz Elçibəy, məşhur şərqşünaslardan akademiklər Ə. Sumbatzadə, V. Məmmədəliyev, N. Vəlixanlı, AMEA-nın müxbir üzvləri M. Nemətova, B. Hüseynov, Z. Məmmədov, Ə. Səfərli, professorlar A. İmanquliyeva, C. Qəhrəmanov, M. Mahmudov, H. Mahmudov və başqaları, İran, Küveyt, Misir, BƏR, Qətər, SəudiyyəƏrəbistanı, Suriya, Mərakeş, Yaponiya, Koreya, ABŞ, Moldovavə Latviyada Azərbaycan Respublikasının səfirləri, BMT-də ölkəmizin nümayəndəsi, tanınmış ədib və şairlər C. Cabbarlı, Ə. Cəfərzadə, C. Əlibəyli, Ə. Hacızadə, A. Zeynallı fakültənin məzunlarıdırlar.

İstinadlar

Həmçinin bax