Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsiBakı Dövlət Universitetinin fakültələrindən biri.

Coğrafiya fakültəsi
Bakı Dövlət Universiteti
Yaradılma tarixi 1991
Dekan Şəkər Məmmədova
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı Bakı
Digər məlumatlar
Sayt geography.bsu.edu.az

Keçmiş SSRİ Ali Təhsil Nazirliyinin qərarına əsasən 1944-cü ildə birinci dəfə Azərbaycan Dövlət Universitetində coğrafiya ixtisası üzrə tələbə qəbulu aparıldı və geologiya-coğrafiya fakültəsi yaradıldı. 1945–1946-cı tədris ilindən fakültədə coğrafiya ixtisası üzrə azərbaycan və rus bölmələrinə tələbə qəbulu aparıldı. Aidiyyətli nazirliklərin və Azərbaycan Elmlər Akademiyası institutlarının kadr tələbatını nəzərə alaraq və fakültədə kartoqrafiya (1972-ci il), hidrometeorologiya (1973-cü il) və ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə (1979-cu il) kafedraları yaradıldı. 1970-ci illərdən BDU geologiya-coğrafiya fakültəsində kartoqrafiya, hidrometeorologiya və ekologiya ixtisaslarına tələbə qəbul edildi.

İxtisas istiqamətlərinin genişlənməsi və kadr tələbatının artması 1991-ci ildə BDU-da sərbəst coğrafiya fakültəsi təşkil etməyə imkan verdi. 2007-ci ildə coğrafiya fakültəsində yeni və mühüm bir kafedra-"Azərbaycan coğrfiyası" kafedrası təşkil edildi. Beləliklə, hazırda coğrafiya fakültəsi kollektivi təbiət elmlərinin 5 sərbəst istiqaməti üzrə kadr hazırlığını və elmi araşdırmaları yerinə yetirir.

1991-ci ildə tələbələrin tədris təcrübəsini təşkil etmək üçün Altıağac təcrübə bazası yaradıldı və 2000-ci ildən həmin bazada böyük abadlıq işləri həyata keçirilməyə başlandı.

  • Fiziki coğrafiya
  • İqtisadi və sosial coğrafiya
  • Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası
  • Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm
  • Hidrometeorologiya
  • Geodeziya və kartoqrafiya
  1. Coğrafiya
  2. Coğrafiya müəllimliyi
  3. Hidrometeorologiya
  4. Geodeziya və xəritəçilik mühəndisliyi
  5. Turizm və otelçilik
  • Coğrafiya ixtisası
  1. İqtisadi və sosial coğrafiya
  2. Landşaftşünaslıq
  3. Azərbaycanın fiziki coğrafiyası
  4. Geomorfologiya
  5. Azərbaycanın və onunla qonşu ölkələrin iqtisadi və sosial coğrafiya
  6. Ərazi planlaşdırılması və rayon plana alınması
  7. Dünyanın iqtisadi və sosial coğrafiyası
  • Coğrafiya müəllimliyi
  1. Coğrafiyanın tədrisi metodikası və metodologiyası
  • Hidrometeorologiya
  1. Hidrologiya
  2. Su ehtiyatlarının inteqrasiyalı idarə olunması
  3. İqlimşünaslıq
  • Geodeziya və xəritəçilik mühəndisliyi
  1. Tətbiqi geodeziya
  2. Xəritəçilik
  • Turizm və otelçilik
  1. Otelçilik
  2. Turizm işi
  3. Beynəlxalq turizm və ölkəşünaslıq
  4. Sosial mədəni sahədə `xidmətlərin təşkili