Berlin Texniki Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Berlin Texniki Universiteti
Technische Universität Berlin
Loqonun şəkli
Xəritə
52°30′43″ şm. e. 13°19′35″ ş. u.
Əsası qoyulub 1770
Tip Dövlət
Rektor Xristian Tomsen
Tələbə sayı 35.156[1]
Şəhər Berlin şəhəri
Ölkə
Sayt tu.berlin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Berlin Texniki Universiteti (alm. Technische Universität Berlin‎) — Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri.

Tarixi

Berlin Texniki Universitetinin yaranma tarixi kral II Fridrixin hakimiyyəti illərinə - XVIII əsrə təsadüf edir.[2] 1770-ci ildə Dağ-Metallurgiya Tədris İnstitutunun əsası qoyulur.[2] 4 il sonra İnstitutun adı dəyişdirilərək Dağ Sənayesi Akademiyası olur. Sonradan akademiya və 1799-cu ildə yaradılmış Arxitektura Akademiyası, həmçinin 1821-ci ildə yaradılmış Biznes Akademiyası, 1916-cı ildə kralın fərmanı ilə isə Dağ Sənayesi Akademiyası Berlin Texniki İnstitutunun nəzdinə keçirilir.[2] Universitet 1946-cı ilədək Berlin Ali Texniki Məktəbi adlandırılmışdır.[2]

Şarlottenburqdakı əsas binanın şimal hissəsi, 1895-ci il[3].

Sənaye sahələrinin sürətli inkişafı nəticəsində XIX əsrdə ali təhsilli mühəndislərə tələbatın artması Berlin Texniki İnstitutuna böyük ehtiyac yaratmışdır.[2] 1878-ci ildən 1884-cü ilədək institutun əsas korpusları tikilmişdir.[2] 1899-cu ildə alman imperatoru və Prussiya kralı II Vilhelm institut tərəfindən Almaniyada ilk dəfə olaraq elmlər doktoru dərəcəsinin verilməsinə göstəriş vermişdir.[2]

Əsas binasının cənub tərəfi

İnstitut 20 aprel 1945-ci ildə bağlanmış və 9 aprel 1946-cı ildə Berlin Texniki Universiteti adı altında yenidən fəaliyyətə başlamışdır.[2]

Təhsil

Berlin Texniki Universitetində ümumilikdə 30 mindən artıq tələbə təhsil alır. Onlardan 6 mini, yəni 20%-i əcnəbilərdir.[2]

Universitetə qəbul olmaq üçün alman dilinin səviyyəsi yüksək olmalıdır.[4] Dil bilikləri zəif olan tələbələr Universitetin tərkibində alman dili kurslarında hazırlaşırlar.[4]

Digər texniki ali məktəblərdən fərqli olaraq universitet zəngin tədris vəsaitləri təqdim edir. Burada biotexnologiya, mühəndis elmləri, inşaat, iqtisadiyyat, informatika, eləcə də humanitar və sosial elmlər üzrə bakalavr və magistrlər hazırlanır.[2]

Fakültələri

Hazırda Berlin Texniki Universitetində təhsil ümumilikdə 7 fakültə üzrə aparılır:[2]

  • Humanitar elmlər;
  • Riyaziyyat və dəqiq elmlər;
  • Elektrotexnika və informatika;
  • Nəqliyyat və maşınqayırma;
  • İqtisadiyyat və menecment;
  • Ekologiya;
  • Sosiologiya.

Kampusu

Misirdəki kampusu

Berlin Texnoloji Universitetinin ərazisi Berlin şəhərinin müxtəlif yerlərində təqribən 600 000 m² ərazini əhatə edir.[2] Əsas universitet şəhərçiyi Şarlottenburqda yerləşir.[2]

Kitabxanası

Kitabxanası

Universitetin yeni əsas kitabxanası 2004-cü ildə açılmışdır.[2] Həmin vaxt əvvəlki 17 kitabxana da bu kitabxanaya birləşdirilmişdir.[2]

Xarici əlaqələri

Bu ali təhsil müəssisəsi Almaniyanın 9 aparıcı texniki ali məktəbinin birliyi olan TU9 ittifaqının üzvüdür.[5]

Reytinqi

Berlin Texniki Universiteti 2004-cü ilin "Times Higher Education–QS World University Rankings" siyahısında 60-cı yerdə olmuşdur.[6]

Məşhur məzunları

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

Şəkilləri

Əsas binası

İstinadlar

  1. https://www.berlin.de/sen/wissenschaft/service/leistungsberichte/tu_leistungsbericht_2022.pdf.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Berlin Texniki Universiteti Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine. ict.az, 19.01.2011  (az.)
  3. Grüße aus Berlin und Umgebung, Verlag Kunstanstalt W. Sommer, Berlin-Schöneberg 1898  (alm.)
  4. 1 2 Berlin Texniki Universiteti (Technische Universitat Berlin) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. edu.info.az  (az.)
  5. Über TU9 Arxivləşdirilib 2015-08-21 at the Wayback Machine. tu9.de  (alm.)
  6. World University Rankings 2004 Arxivləşdirilib 2013-09-25 at the Wayback Machine. timeshighereducation.co.uk  (ing.)

Xarici keçidlər

  • tu-berlin.de — Berlin Texniki Universitetinin rəsmi saytı