Bobbi Makferrin

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bobbi Makferrin
ing. Bobby McFerrin
Makferrin 2011-ci ildə
Makferrin 2011-ci ildə
Ümumi məlumatlar
Doğum adı Robert Keith McFerrin Jr.
Doğum tarixi (74 yaş)
Doğum yeri Manhetten, Nyu-York, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, dirijor, cazmen, səsyazma sənətçisi[d], mahnı yazarı[d], universitet müəllimi[d]
Fəaliyyət illəri 1977-h/h
Janrlar
Musiqi alətləri vokal, piano, klarnet, bas gitara
Albom şirkətləri Elektra Records
Təhsili
bobbymcferrin.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bobbi Makferrin (ing. Bobby McFerrin; doğ. 11 mart 1950) — Amerika caz müğənnisi və dirijoru, 10 dəfə "Qremmi" mükafatı laureatı.[1]

Həyatı

Bobbi Makferrin 1950-ci il martın 11-də Manhettendə (Nyu-York), opera müğənnisi Robert Makferrin və müğənni Sarah Koperin ailəsində anadan olub. Uşaqlıqdan musiqini sevən Makferrin ilk olaraq klarnetdə, sonra isə fortepianoda ifa etməyi öyrənib. Vokalçı kimi 1977-ci ildə debüt edib və növbəti ildən "Astral Project" kollektivində oxumağa başlayıb.

Musiqiçinin həyatında 1980-ci ildə Playboy Caz Festivalında onun vokal debütünü təşkil edən komediyaçı Bill Kosbi ilə tanışlıq mühüm rol oynayıb. Musiqiçinin ilk albomu ("Bobby McFerrin") 1982-ci ildə çıxıb. Onun 1984-cü ildə çıxan növbəti albomu ("The Voice") heç bir musiqi aləti olmadan yazılan ilk caz albomu olub. Makferrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə "Qremmi" mükafatına layiq görülmüş "Don't Worry, Be Happy" mahnısı ilə dünya şöhrəti qazanıb.[2]

Şəxsi həyatı

Makferrin 1975-ci ildən Debbi Qrinlə evlidir, üç övladı var.[3]

Diskoqrafiya

  • Bobby McFerrin (1982)
  • The Voice (1984)
  • Spontaneous Inventions (1986)
  • Elephant's Child (1987)
  • Simple Pleasures (1988)
  • Bobby's Thing (1988)
  • How the Rhino Got His Skin / How the Camel Got His Hump (1990)
  • Medicine Music (1990)
  • Play (1992)
  • Hush (1992)
  • Many Faces of Bird (1991)
  • "The Siamese Cat Song" (1991)
  • Somewhere over the Rainbow (1993)
  • Sorrow Is Not Forever (1994)
  • Paper Music (1995)
  • Bang! Zoom (1995)
  • The Mozart Sessions (1996)
  • Circlesongs (1997)
  • Beyond Words (2002)
  • Konzert für Europa - The Schönbrunn Concert (2004)
  • Live in Montreal (DVD, 2005)
  • VOCAbuLarieS (EmArcy, 2010)
  • Spirit you all (2013)

İstinadlar

  1. "BOBBY MCFERRIN", grammy.com, 2020-06-22 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2017-10-27
  2. [1] Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine. Carl Anthony Online. Retrieved November 12, 2012.
  3. "Whatever Happened to Bobby McFerrin? Don't Worry, He's Happy". Yahoo!Music. December 24, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2013.

Xarici keçidlər