Bobbi Makferrin (ing. Bobby McFerrin; doğ. 11 mart 1950) — Amerika caz müğənnisi və dirijoru, 10 dəfə "Qremmi" mükafatı laureatı.[1]
Bobbi Makferrin | |
---|---|
ing. Bobby McFerrin | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Robert Keith McFerrin Jr. |
Doğum tarixi | |
Doğum yeri | Manhetten, Nyu-York, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, dirijor, cazmen, səsyazma sənətçisi[d], mahnı yazarı[d], universitet müəllimi[d] |
Fəaliyyət illəri | 1977-h/h |
Janrlar | |
Musiqi alətləri | vokal, piano, klarnet, bas gitara |
Albom şirkətləri | Elektra Records |
Təhsili | |
bobbymcferrin.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bobbi Makferrin 1950-ci il martın 11-də Manhettendə (Nyu-York), opera müğənnisi Robert Makferrin və müğənni Sarah Koperin ailəsində anadan olub. Uşaqlıqdan musiqini sevən Makferrin ilk olaraq klarnetdə, sonra isə fortepianoda ifa etməyi öyrənib. Vokalçı kimi 1977-ci ildə debüt edib və növbəti ildən "Astral Project" kollektivində oxumağa başlayıb.
Musiqiçinin həyatında 1980-ci ildə Playboy Caz Festivalında onun vokal debütünü təşkil edən komediyaçı Bill Kosbi ilə tanışlıq mühüm rol oynayıb. Musiqiçinin ilk albomu ("Bobby McFerrin") 1982-ci ildə çıxıb. Onun 1984-cü ildə çıxan növbəti albomu ("The Voice") heç bir musiqi aləti olmadan yazılan ilk caz albomu olub. Makferrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə "Qremmi" mükafatına layiq görülmüş "Don't Worry, Be Happy" mahnısı ilə dünya şöhrəti qazanıb.[2]
Makferrin 1975-ci ildən Debbi Qrinlə evlidir, üç övladı var.[3]