Burzu Əliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Burzu Xanqulu oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Ağdam, Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı Ukrayna
Uşağı Xanqulu Əliyev
Atası Xanquli Əliyev
Milliyyəti Azərbaycanlı
İxtisası Mühəndis, İqtisadçi
Təhsili Kiyev Politexnik İnstitutu, Kiyev İqtisadiyyat Universiteti
Fəaliyyət illəri 2006-cı ildən
Tanınır Ukrayna dövlət xadimi

Burzu Xanqulu oğlu Əliyev (doğumu: 1965) - Ukraynanın Azərbaycan əsilli keçmiş deputatı (2006), Ukrayna Yanacaq və Energetika nazirinin keçmiş müavini (2007) və Ukrayna Alpaqut Federasiyasının prezidenti (2018).[1][2]

Həyatı

Burzu Xanqulu oğlu Əliyev 1965-ci ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur.[1]

Təhsili

8-ci sinfi Gülablıda bitirdikdən sonra, Bakıda riyaziyyat-fizika təmayüllü məktəbdə təhsilini davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra Ukraynanın Lvov şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini bitirdikdən sonra Ukraynada Kiyev Politexnik İnstitutuna daxil olmuş və oranı da bitirmişdir. 2001-ci ildə isə Kiyev İqtisadiyyat Universitetini bitirmişdir.[2]

Ailəsi

Ailəlidir, bir övladı var.

Kariyerası

Ukraynadakı ABŞ-Ukrayna şirkəti olan "ACME"-nin maliyyə departamentinin rəhbəri vəzifəsində çalışıb. Bundan sonra Ukrayna Ali Radasına deputat seçilmiş, 2007-ci ildə isə Ukrayna Yanacaq və Energetika nazirinin müavini təyin olunmuşdur. Bu vəzifədə çalışarkən Ukrayna nümayəndə heyətinin rəhbəri kimi Azərbaycanda rəsmi səfərdə də olmuşdur.[3] 2018-ci ildə isə Ukrayna Alpaqut Federasiyasının prezidenti olmuşdur.[1][2]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 "Tanınmış həmyerlimiz Burzu Əliyev Ukrayna Alpaqut Federasiyasının prezidentidir". 2018-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-27.
  2. 1 2 3 "Qürbətdən gələn xoş səda". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-27.
  3. "Ukrayna enerji nazirinin müavini Burzu Əliyev sentyabrın 9-da Azərbaycana gələcək". 2021-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-27.