Dünya Alpaqut Federasiyası və ya qısaca: DAF (ing. World Alpagut Federation (WAF)) — Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək və digər ölkələrdə olan alpaqut klub və federasiyalarını idarə etmək üçün 2014-cü ildə yaradılmış beynəlxalq idman təşkilatı.
Dünya Alpaqut Federasiyası DAF | |
---|---|
Fəaliyyəti | İdman, Döyüş sənəti |
Şüar | Turan Döyüş Sənəti |
Yaranma tarixi | 12 fevral 2014 |
Yarandığı yer | Azərbaycan |
Prezident | Jalə Əhmədova |
Vitse-prezident | Könül Nurullayeva |
Sədr | Vasif Namazov |
alpagutfederation.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Federasiyanın dünyada 50-dən çox ölkədə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var.
2014-cü ilin əvvəlindən Alpaqut Turan Döyüş sənətinin qurucusu Vasif Namazovun təşəbbüsünə əsasən, Alpaqut idman növünün inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında Beynəlxalq İdman Təşkilatının yaradılması qərarı verildi. Federasiyanın təsis olunmasında Gürcüstan Respublikasından Müşfiq Əliyev, Faiq Məmmədov, Azərbaycandan isə Fərid Əlizadə və Vasif Namazovun özü iştirak etdi. 5 nəfərdən ibarət yaradılan idarə heyəti, federasiyaya ilk Prezident Fərid Əlizadəni seçdi və 12 fevral 2014-cü il tarixindən etibarən federasiya rəsmən qeydiyyatdan keçərək fəaliyyətə başladı.[1]
2015-ci il tarixindən etibarən, Alpaqutun inkişafı naminə Dünya Alpaqut Federasiyasının yenidən formalaşmasına qərar verildi. 12 yanvar 2015-ci il tarixində Fərid Əlizadə və federasiyanın strukturu istefa verdi. 18 mart 2015-ci il tarixində, Azərbaycanda Atatürk Mərkəzində, Dünya Alpaqut Federasiyasının ümümi yığıncağı növbədənkənar qurultay çağırdı. Qurultayda Araz Abdullaev, Asiman Abdurrahmanov, Kamil Yusubov, Faiq Məmmədov, Arzu Eyvazov, Anar Xəlilov, Elnur Hüseynov, Əkbər Goşalı və Vasif Namazov Dünya Alpaqut Federasiyasının İdarə heyətinin üzləri seçildi. Alınan qərarlara görə, Azərbaycan Milli Məclisinin Deputatı Nizami Cəfərov Dünya Alpaqut Federasiyasının yeni Prezidenti seçildi. Qurumun bundan əvvəlki Prezidenti iş adamı Fərid Əlizadə isə Dünya Alpaqut Federasiyasının Fəxri Prezidenti elan olundu.[2][3]
9 yanvar 2015-ci il tarixində Dünya Alpaqut Federasiyasının idarə heyəti növbədənkənar qurultay çağırdı. Qurultayda Azərbaycan Milli Məclisinin Deputatı Qənirə Paşayeva Dünya Federasiyasının 1-ci Vitse-Prezidenti və daha öncə federasiyanın 1-ci vitse prezidenti vəzifəsini icra edən Araz Abdullasoy isə Federasiyasının Hüquq məsələləri üzrə Vitse-Prezident vəzifəsinə seçildi.[4][5][6][7]
30 avqust 2022-ci ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı keçirildi. Qurultayda Jalə Əhmədova, Könül Nurullayeva, Betül Altıntaş, Qüdrət Nuriyev, Fərid Əlizadə, Faiq Məmmədov, Nuranə Şıxəliyeva, Amanjol Tuberov, Emil Rəhimov, Ali Gurbani Dünya Alpaqut Federasiyasının yeni tərkibdə idarə heyəti üzvləri, Vasif Namazov isə idarə heyətinin sədri seçildi. Federasiyanın yeni icra strukturu:Azərbaycan Milli Məclisinin deputatı Jalə Əhmədova federasiyanın prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Könül Nurullayeva birinci vitse-prezident, Emil Rəhimov, Fərhad Əliyev vitse-prezident seçildilər.[8] Bundan əvvəl federasiyaya rəhbərlik edən Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva qurultayda Dünya Alpaqut Federasiyasının fəxri üzvü seçildi.[9][10][11][12]
Dünya Alpaqut Federasiyası 12 fevral 2014-cü il tarixində 434162041 nömrəsi ilə qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır.[13][14]
Dünya Alpaqut Federasiyası fəaliyyətə başladığı gündən etibərən müxtəlif ölkələrdə təqdimatlar, seminarlar, beynəlxalq turnirlər keçirib. Federasiya 2016-cı ildən etibarən Dünya kuboku və Dünya çempionatlarının keçirilməsinə start verib. 2018 və 2019-cu illərdə Bakıda təşkil edilən Dünya çempionatları Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.
S/S | Yarışın adı | Keçirilmə yeri | Tarixi |
---|---|---|---|
1 | Qara Dəniz Kuboku[30] | Gürcüstan / Ozurgeti | 20–24. VII.2014 |
2 | Qara Dəniz Kuboku[31] | Gürcüstan / Ozurgeti | 24–28. VII.2015 |
3 | Xəzər Kuboku[32][33] | Azərbaycan / Qusar | 06–09. IX.2015 |
4 | Avrasiya Kuboku[34] | Gürcüstan / Batumi | 14–18. IV.2016 |
5 | Dünya Kuboku[35] | Gürcüstan / Ozurgeti | 24–28. VI.2016 |
6 | Beynəlxalq turnir[36] | Azərbaycan / Sumgayıt | 27. XII.2016 |
7 | Dünya Kuboku[37][38] | Azərbaycan / Bakı | 24–25. X.2017 |
8 | I Dünya çempionatı[39] | Azərbaycan / Bakı | 24–25. XI.2018 |
9 | II Dünya çempionatı[40] | Azərbaycan / Bakı | 22–24. XI.2019 |
10 | Avrasiya çempionatı[41][42] | Türkiyə / Bursa | 20–21. XI.2021 |
11 | Dünya kuboku[43][44] | Türkiyə / Bursa | 10–12. V.2022 |
12 | III Dünya çempionatı[45][46] | Türkiyə / Bursa | 01–04. XII.2022 |
13 | Beynəlxalq turnir[47] | Hindistan / Mumbay | 17–18. XII.2022 |
14 | IV Dünya çempionatı[48] | Türkiyə / Bursa | 01–04. XII.2023 |
S/S | Seminarın adı | Keçirilmə yeri | Tarixi |
---|---|---|---|
1 | Gürcüstan seminarı [49] | Gürcüstan/ Ozurgeti | 22.07.2014 |
2 | Türkiyə seminarı [50] | Türkiye / Bursa | 26.05.2016 |
3 | Hindistan seminarı [51][52] | Hindistan / Mumbay | 05.05.2017 |
4 | Türkiyə seminarı [53] | Türkiye / Bursa | 11.05.2019 |
5 | Azərbaycan seminarı [54] | Azərbaycan/ Bakl | 20.05.2020 |
6 | Azərbaycan seminarı [55][56] | Azərbaycan/ Bakl | 30.05.2022 |
7 | Hindistan seminarı [57] | Mumbay / Hindistan | 17.12.2022 |
8 | Qazaxstan seminarı[58][59] | Qazaxstan / Almaata | 02.10.2023 |
9 | Irak seminarı [60] | İrak / Bağdad | 9-13.03.2024 |
Hal hazırda Dünya Alpaqut Federasiyanın lisenziyası əsasında 50-dən çox ölkə üzrə Alpaqut adında milli federasiyalar, rəsmi və müvəqqəti nümayəndəliklər fəaliyyət göstərir.[61][62] Azərbaycan başda olmaqla rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. Dünya Alpaqut Federasiyanın Azərbaycan, Türkiyə, Qazaxıstan, Hindistan, İraq və Gürcüstanda federasiyaları mövcuddur.[63] Almaniya, Avstraliya, Misir, Birləşmiş Krallıq, Pakistan, İran, İtaliya, Qırğızıstan, Şimali Kipr, Rumıniya, Özbəkistanda hərəsində bir Rusiyada isə 7 rəsmi nümayəndəliyi[64][65] 23 ölkədə isə müvəqqəti nümayəndəlikləri fəaliyyət göstərir.[66][67]