Burzu Xanqulu oğlu Əliyev (doğumu: 1965) - Ukraynanın Azərbaycan əsilli keçmiş deputatı (2006), Ukrayna Yanacaq və Energetika nazirinin keçmiş müavini (2007) və Ukrayna Alpaqut Federasiyasının prezidenti (2018).[1][2]
Burzu Xanqulu oğlu Əliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Azərbaycan SSR |
Vətəndaşlığı | Ukrayna |
Uşağı | Xanqulu Əliyev |
Atası | Xanquli Əliyev |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Mühəndis, İqtisadçi |
Təhsili | Kiyev Politexnik İnstitutu, Kiyev İqtisadiyyat Universiteti |
Fəaliyyət illəri | 2006-cı ildən |
Tanınır | Ukrayna dövlət xadimi |
Burzu Xanqulu oğlu Əliyev 1965-ci ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur.[1]
8-ci sinfi Gülablıda bitirdikdən sonra, Bakıda riyaziyyat-fizika təmayüllü məktəbdə təhsilini davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra Ukraynanın Lvov şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini bitirdikdən sonra Ukraynada Kiyev Politexnik İnstitutuna daxil olmuş və oranı da bitirmişdir. 2001-ci ildə isə Kiyev İqtisadiyyat Universitetini bitirmişdir.[2]
Ailəlidir, bir övladı var.
Ukraynadakı ABŞ-Ukrayna şirkəti olan "ACME"-nin maliyyə departamentinin rəhbəri vəzifəsində çalışıb. Bundan sonra Ukrayna Ali Radasına deputat seçilmiş, 2007-ci ildə isə Ukrayna Yanacaq və Energetika nazirinin müavini təyin olunmuşdur. Bu vəzifədə çalışarkən Ukrayna nümayəndə heyətinin rəhbəri kimi Azərbaycanda rəsmi səfərdə də olmuşdur.[3] 2018-ci ildə isə Ukrayna Alpaqut Federasiyasının prezidenti olmuşdur.[1][2]