Dağlıq Borçalı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Dağ Borçalı — qədim Borçalı mahalının yüksək dağlıq zonası. Borçalı mahalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsini ehtiva edir.

Tarix

1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı mahalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır.[1]. 30-cu illərdə Kalinino , Cəlaloğlu (Stepanavan), NoyemberyanAllahverdi (hazırkı Alaverdi ) rayonlarına parçalanmışdır. Dağ Borçalı hazırda Ermənistanda Lori ( Loru-Pəmbək )Tavuş adlı əyalətlərin tərkibinə qatılmışdır.

Coğrafiyası

Ermənistanın şimal-şərqində yerləşən Dağ Borçalı Qaraxaç silsiləsi (indiki Cavaxet silsiləsi) və Ağlağan dağları (indiki Bazum silsiləsi), eləcə də Ermənistanın GürcüstanAzərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır.[2]

Mənbə

  1. "Gürcüstan Demokratik Respublikası (1918-1921), David Marşall Lang". 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-19.
  2. [https://web.archive.org/web/20210227232345/http://borchali.net/ Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine Borçalı haqqında internet saytı