Loru mərzi (erm. Լոռու մարզ Lorru marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Şimalda Gürcüstanın Aşağı Kartli diyarı, şərqdə Tovuz mərzi, cənubda Dərəçiçək mahalı və Karbi mahalı, qərbdə Şirak mərzi ilə həmsərhəddir.[6] Gürcüstanla sərhəd xətti 110 km–dir.[7] İnzibati mərkəzi Böyük Qarakilsə şəhəridir.
Mərz | |
Loru mahalı | |
---|---|
erm. Լոռու մարզ | |
40°55′ şm. e. 44°30′ ş. u.HGYO |
|
Ölkə | Ermənistan |
İnzibati mərkəz | Böyük Qarakilsə |
Ən böyük şəhərləri | Böyük Qarakilsə |
Mərzban | Andrəy Ghukasiyan |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 07.11.1995[1] |
Sahəsi | 3 789[2] km² (1.274 %, 3-cü-ci yer) |
Hündürlük
|
|
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 235 537[3] nəfər (2011) (78 %,6-cı-ci yer) |
Əhalinin sıxlığı | 6.216 nəfər/km² (6-cı-ci yer) |
Etnik tərkib |
Ermənilər – 98.01 % Ruslar – 1.34 % Yezidilər – 0.28 % Digərləri – 0.37 %. (2011)[4] |
Dini tərkib |
Qriqorian – 89.82 % Dinsiz – 2.21 % Yevangelik – 2.19 % Katolik – 1.31 % Molokan – 0.85 % Digər və s. – 3.62 %. (2011)[5] |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AM.LO |
FIPS kodu | AM06 |
Poçt indeksi | 1701–2117 |
İnternet domeni | .am |
Avtomobil nömrəsi | 36 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Mərz ölkənin şimalında Gürcüstanla sərhəddə, tarixi Loru mahalı ərazisində yerləşir. 7 noyabr 1995-ci ildə Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Alaverdi, Quqark, Taşir, Spitak, Stepanavan və Tumanyan rayonları ləğv edilərək onların hesabına Loru mərzi təşkil edilmişdir.[1]
Mərzin ərazisi 2011–ci il siyahıyaalınması zamanı 3.789 km² idi.[2] Yeni inzibati dəyişikliklərdən sonra mərzin ərazisi 10 km² artaraq 1 yanvar 2012–ci il tarixindən etibarən 3.799 km² təşkil edir.[8][9][10][11] Ərazinin 251.154 hektarı kənd təsərrüfatı üçün yararlı hesab edilən torpaqlardır, ondan 42.075 hektarı əkin sahələridir.[7] Orta illik yağıntı 600–700 mm təşkil edir.[7] Mərzin ən hündür nöqtəsi (3101 m) Tej-əhməd dağı, ən alçaq hissəsi isə Tona çayının Gürcüstanla sərhəddə yaxın aşağı axarının vadisi (təqribən 390 m) hesab edilir.[12] Mərzin ümumi ərazisi əsasən dağlıqdır, düzənliklərdən Loru çökəkliyi ölçülərinin böyüklüyünə görə fərqlənir. Sıx çay şəbəkəsi var, əksəriyyəti kiçik çaylardır. Demək olar ki, hamısı Cəlaloğlu və Pəmbək çaylarının və onların qovuşmasından yaranan Tona çayının, həmçinin Çapal çayının hövzəsinə daxildir.
Loru mərzi inzibati cəhətdən 113 bələdiyyəyə (erm. Համայնք) bölünür.[1] Hər bir bələdiyyə kənd və şəhər olmasından asılı olmayaraq bir və ya bir neçə yaşayış məntəqəsini əhatə edir. ERMSTAT–ın 1 yanvar 2011–ci ilə olan rəsmi məlumatına əsasən mərzin ərazisində 8–i şəhər və 105–i kənd bələdiyyəsi olmaqla 113 bələdiyyə mövcuddur.[2] Bələdiyyələrin tərkibinə 8 şəhər və 122 kənd daxildir.[6][7]
İl | 1995 | 1997 | 1999 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2011 | 2014 | 2015 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Əhali | 303.300 | 304.300 | 295.100 | 287.000 | 286.300 | 285.000 | 284.500 | 283.900 | 283.400 | 282.700 | 235.500 | 228.900 | 228.000 |
Mərzin 1 iyul 2014-cü il tarixinə rəsmən 228.9 min nəfər təxmin edilən de-yuri yəni daimi əhalisindən 134.7 min nəfəri şəhərlərdə yaşayırdı.[14] ERMSTAT–ın rəsmi məlumatına əsasən mərzin daimi əhalisi azalaraq 2015–ci ilin yanvar ayının 1–inə 228 min nəfər təşkil etmişdir və onlardan 134.3 min nəfəri şəhər əhalisidir.[7][15] Şəhər əhalisinin 83.4 min nəfəri Vanadzor sakinləridir.[16]
12–21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən mərzin şəhərləri:[17]
Şəkil | Yer | Şəhər | Əhali | Yer | Şəhər | Əhali | Şəkil |
---|---|---|---|---|---|---|---|
1 | Vanadzor | 5 | Taşir | ||||
2 | Alaverdi | 6 | Axtala | ||||
3 | Stepanavan | 7 | Tumanyan | ||||
4 | Spitak | 8 | Şamlıq |
Etnik qrup |
1939 sa.[K 1] | 2001 sa.[24] | 2011 sa.[4] | |||
---|---|---|---|---|---|---|
Sayı | % | Sayı | % | Sayı | % | |
Cəmi | 172 214 | 100.00 | 286 408 | 100.00 | 235 537 | 100.00 |
Ermənilər | 138 554 | 80.45 | 280 471 | 97.93 | 231 066 | 98.01 |
Ruslar | 16 312 | 9.47 | 3 882 | 1.36 | 3 152 | 1.34 |
Azərbaycanlılar | 12 267 | 7.12 | 0 | 0 | 0 | 0 |
Yezidilər | 337 | 0.20 | 793 | 0.28 | 652 | 0.28 |
Kürdlər | 9 | 11 | ||||
Yunanlar | 3 350 | 1.95 | 655 | 0.23 | 360 | 0.15 |
Ukraynalılar | 629 | 0.37 | 138 | 0.05 | 91 | 0.04 |
Gürcülər | 252 | 0.15 | 460 | 0.15 | 100 | 0.04 |
Digər və s. | 513 | 0.29 | 105 | 0.14 |
Tezh mountain (3101 m high) is the highest peak above sea level in the marz and lower reaches of Debed river is the lowest (about 390 m)